Dünya

Futbol komandasını xilas etmək üçün borca girdi və intihar etdi

16 Avqust 2017 16:43

Türkiyənin Adana şəhərində adı hörmətlə anılan futbol fədaisi Bəkir Çınarın ölümündən 7 il keçir. Bəkir Çınar 2010-cu ilin avqust ayının 16-da borc aldığı adamların onu izləməsindən yaxa qurtarmaq üçün intihar edib. 

"Ulu babalarım Azərbaycanda yaşayıb" - Proxanov

16 Avqust 2017 16:11

Ulu babalarım Azərbaycanda İvanovka kəndində yaşayan malakanlardandır. Nəhayət, mən bu il vaxt tapıb Azərbaycana gedərək onların yaşadığı kəndə baş çəkdim. Bu barədə tanınmış rusiyalı ictimai xadim, yazıçı, "Zavtra" qəzetinin baş redaktoru Aleksandr Proxanov "Nezavisimaya qazeta"ya verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, ulu babası Tit Alekseyeviç faytonçu olub. Maddi vəziyyəti yaxşılaşdıqdan sonra Tiflisə köçüb və orada özünə ev alıb.

FETÖ-nün kritik şəxsi Özcan Karacan həbs edildi

16 Avqust 2017 15:49

2016-cı ilin 15 iyul tarixində Türkiyədə baş verən hərbi qiyam cəhdinin vacib fiqurlarından sayılan Özcan Karacan həbs edilib. Hərbi çevriliş gecəsi helikopterləri yönləndirərək Ankarada bir çox məkanın bombalanması əmrini verən və 13 aydır axtarışda olan pilot polkovnik Özcan bu gün səhər saatlarında Antalyada keçirilən əməliyyat nəticəsində həbs edilib. Karacan xüsusi bir qrup vasitəsilə Ankaraya aparılacaq.

Palıd ağacı aşdı: 11 ölü - DƏHŞƏTLİ VİDEO

16 Avqust 2017 15:43

Portuqaliyanın Madeyra adasında təşkil olunan "Festa da Senhora do Monte" festivalında 200 yaşı olan palıd ağacı insanların üzərinə aşıb.  Hər il bütün dünya ölkələrindən festivala qatılmaq üçün gələn turistlər bu dəfə dəhşətli hadisənin qurbanı olublar. Hadisə nəticəsində 11 nəfər ölüb, 50 nəfərdən çox insan ağır xəsarətlər alıb.

Londondakı hava limanında şiddətli partlayış — SON DƏQİQƏ

16 Avqust 2017 15:30

İngiltərənin paytaxtı Londonda dəhşətli partlayış qeydə alınıb. Partlayış London yaxınlığındakı Souzend hava limanında qeydə alınıb. Ölən və ya yaralananlar haqqında hələ dəqiq məlumat verilməyib. Əsasən Avropa ölkələri və ABŞ-a sərnişin daşıyan, bu nöqtələrdən gələn təyyarələrə xidmət edən hava limanına çoxlu təcili tibbi yardım və yanğından mühafizə briqadaları cəlb edilib. 

İngilis dili müəlliməsi şagirdini zorlayıb- BAŞ VERƏNLƏRDƏN SONRA UŞAQ DEPRESSİYAYA GİRİB

16 Avqust 2017 14:33

Daha bir qadın müəllim ehtirasının qurbanı olub. İngilis dili müəllimi Cennifer Casvell 15 yaşlı şagirdini sinif otağında zorlayıb, onunla cinsi əlaqəyə girdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Səudiyyə Ərəbistanının ən varlı vəliəhdi Bodrumda dincəlir- O, 300 ÇAMADANLA GƏLİB - VİDEO

16 Avqust 2017 14:24

İki gün öncə Bodruma istirahətə gedən Səudiyyə Ərəbistanının ən varlı vəliəhdi olan şahzadə Əl Vəlid bin Tallal bin Abduləziz əl Səud Bodrum küçələrini gəzdi. Bodrum küçələrini gəzən şahzadəni kimsə tanımasa da, onun 40-dək mühafizəçisi ilə küçələri şortiklə əlindəki Zaza təsbehi ilə gəzməsi heç kimin gözündən yayınmadı. Onu şəhərdə baş nazirin tərcüməçisi Taha Genç müşaiyət edib. Şahzadə öncə kafelərin birində ailəsi ilə birlikdə yemək yeyib. Orada iki saatadək ailəsi və yaxınları ilə söhbətləşdikdən sonra şəhər küçələrini gəzib.

Verilişdə birinci olmuşdu - Sevgilisi yük maşını ilə əzdi

16 Avqust 2017 14:05

Türkiyədə yük maşınının altında əzilən 23 yaşlı qızın vəziyyəti ağır olaraq qalır. Türkiyənin Adana şəhərində tələbə olan Ece Çelik 17 gündür ki komadadır. Onun bu hala düşməsinə səbəb olan sevgilisi isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.  Belə ki, onlar yük maşını ilə gəzintiyə çıxan zaman ikili arasında mübahisə yaranıb. Oğlan əsəbləşərək maşından düşmək istəyən qızı əzib.

NATO hərbçiləri Kiyevdəki hərbi paradda iştirak edəcək

16 Avqust 2017 13:53

Avqustun 24-də Kiyevdə Ukraynanın Müstəqillik Günü ilə bağlı keçiriləcək hərbi paradda 10 ölkənin hərbçiləri və 11 dövlətin müdafiə nazirləri iştirak edəcək. Bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak deyib. O bildirib ki, iştirakçı ölkələrdən 9-u NATO üzvü, 1-i isə üzvlüyə çalışan ölkədir: “Bundan başqa, mənim dəvətim əsasında 11 müdafiə naziri də gələcək və biz birlikdə Ukraynanın Müstəqillik Gününü bayram edəcəyik”.    

Sarkisyan hökuməti növbəti dəfə cərimələndi

16 Avqust 2017 13:50

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hökmü ilə Ermənistan höküməti Ədliyyə Nazirliyinə 3600 avro dəyərində vəsait ayıracaq.  Bu barədə qərar hökümətin 17 avqust iclasının gündəliyinə daxil edilib.

“Rus əsgəri, evə get” – Belorusda Rusiyaya qarşı QİYAM

16 Avqust 2017 13:48

Belarusun Brest şəhərində Rusiya ordusuna qarşı plakatlar yayılıb. Plakatlarda rus əsgərlərindən Rusiyaya qayıtması tələb olunub. “Rusiya ordusu harada, orada müharibə! Rus əsgəri, evə get!” - plakatda yazılıb.

Məşhur şoumen zəhərləndi

16 Avqust 2017 13:41

Məşhur şoumen Mehmet Əli Erbil ani olaraq xəstəxanaya yerləşdirilib. “Olaylar” bildirir ki, Acıbadem xəstəxanasına yerləşdirilən şoumenin ətdən zəhərləndiyi məlum olub. Gecəni xəstəxanada keçirən aktyor, səhər saatlarında evinə buraxılıb.

Məşhur rejissor növbəti dəfə İTTİHAM OLUNUR

16 Avqust 2017 13:37

Məşhur rejissorun adı növbəti uşaqlara qarşı dəfə cinsi istismarda  hallanır. Rejissoru ittiham edən qadının adının Robin olduğu bildirilir. “Olaylar” bildirir ki, mətbuat konfransı təşkil edən qadın 1973 – cü ildə - 16 yaşı olarkən Cənubi Koliforniyada rejissor tərəfindən cinsi istismara məruz qaldığını açıqlayıb. Robin aradan uzun illər keçdiyinə görə rejissoru məhkəməyə verə bilmir. Bu hadisəni yalnız bir dostu ilə paylaşdığını, Polanskinin həbs olunmasını istəmədiyi üçün o zaman bu durumu ailəsinə bəlli etmədiyini bildirib.

ABŞ Koreya yarımadasında “Patriot”ları yerləşdirdi

16 Avqust 2017 13:22

ABŞ Cənubi Koreyada Şimali Koreya təhdidinə qarşı “Patriot” təkmilləşdirilmiş raket əleyhinə kompleksləri yerləşdirib. Bu haqda Cənubi Koreyanın KBS telekanalı bildirib.