Dünya
Ana doğduğu uşağını kolluğa atıb qaçdı - Cinsiyyətinə görə
Tikanlı kolların arasından valideynləri tərəfindən ölümə tərk edilmiş yeni doğulmuş körpə tapılıb. Kolluqda tapılan çılpaq qız uşağının bədənində cızıqlar olub. O, Hindistanın Una şəhərindəki kolluqların arasından tapılıb.
Hollandiyada qalmaqal — Kilsədə porno film çəkdilər
Hollandiyanın Tilburq şəhərində qalmaqal baş verib. Tilburqun "St Joseph" katolik kilsəsinin günah çıxarma kabinetində porno film lentə alınıb. Məsələ məhkəməyə qədər gedib. Amma hakimlər bu işi rədd ediblər. Çünki onların fikrinə əsasən dini təhqir etmək cinayət sayılmır və icazəsiz kilsəyə daxil olmaqda cinayət ünsürü yoxdur.
Qırmızı şərab və pendir Kim Çen İni dəliyə çevirib — ŞOK İDDİA
ABŞ və Şimali Koreya arasındakı gərginlik Quam adasını vurma planının təxirə salınması ilə bir az azalıb. İngilis mətbuatı Şimali Koreya lideri haqqında şok açıqlama verib. İngiltərənin "The Sun" qəzeti Kim Çen İnin qut xəstəliyinə yoluxduğunu və bunun öhdəsindən gəlmək üçün steroid müalicəsinə başladığını, müalicənin isə onu dəli etdiyini iddia edib. Həkimlərin fikirlərinə əsasən gənc diktator pendiri həddindən artıq çox xoşlayır və bu səbəbdən xəstəliyə yoluxub.
Rusiyanın milyarder iş adamından Tarkana milyonluq təklif...
Rusiyanın tanınmış iş adamlarından biri doğum günündə mahnı oxuması üçün Tarkana 1 milyon dollar təklif edib. Rusiyanın milyarder iş adamı Türkiyənin meqa starı Tarkandan avqustun 19-da İspaniyanın Barselona şəhərində 10 nəfərdən ibarət keçirəcəyi ad günü şənliyində mahnılarını oxumasını istəyib. Bunun üçün iş adamı pop ulduza bütün xərclər daxil olmaqla 1 milyon dollar təklif edib. Tarkan isə bir saniyə belə düşünmədən “Özəl mərasimlərdə səhnəyə çıxmıram” deyərək təklifi rədd edib.
Qurban bayramı tətili 10 gün davam edəcək
1-2 sentyabr tarixlərində müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Ayın 2-si şənbə gününə təsadüf etdiyindən, Azərbaycanda sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Beləcə, Azərbaycan vətəndaşları ardıcıl olaraq 4 gün istirahət edə biləcəklər. Türkiyədə isə Qurban bayramı tətili 10 gün olacaq.
Türkiyə Almaniyaya nota verdi
Türkiyə 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddə əsas şübhəlilərdən biri hesab edilən Adil Öksüzlə əlaqədar Almaniyaya nota verib. Almaniya Xarici İşlər Nazirliyinə verilən notada Adil Öksüzün Almaniyada olması barədə xəbərlərin araşdırılması və ölkədə olduğu müəyyən ediləcəyi halda tutularaq Türkiyəyə ekstradisiya edilməsi istənilib. Almaniya Xarici İşlər Nazirliyində olan mənbələr Öksüzün ölkədə olduğuna dair əllərində hər hansı bir məlumatın olmadığını bildiriblər. Ancaq alman tərəfinin açıqlamaları Türkiyəni qane etməyib.
FETÖ əməliyyatında daha 7 nəfər həbs edilib
Türkiyənin Muğla şəhərində Fətullahçı Terror Təşkilatı və Paralel Dövlət Quruluşuna (FETÖ/PDY) qarşı növbəti əməliyyat keçirilib.
Xocalı soyqırımında iştirak edən erməni Suriyada öldürüldü
Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqqlarına təcavüzdə iştirak edən Nubar Ozanyan Suriyada öldürülüb. Suriyanın kürdlərin nəzarəti altında olan Rojava bölgəsində İŞİD-lə döyüşlərə qatılan Ozanyan ötən gün öldürülüb. Kürd peşmərgələri onun fotosunu dərc ediblər.
Neft uğrunda amansız müharibə başlayır: Dörd ölkə ÜZ-ÜZƏ
Suriyanın neftlə zəngin olan Deyr-ez-Zor bölgəsi uğrunda 4 ölkənin amansız mübarizəsi başlayır. ABŞ-PKK ittifaqı ilə eyni vaxtda İran, Rusiya və Suriya İŞİD-in nəzarətində olan bölgədə hərbi güc toplayır. Ölkənin neft və təbii qaz ehtiyatlarının 95 faizi Haseke, Rakka və Deyr-ez-Zor bölgələrində yerləşir. Deyr-ez-Zor isə Suriyanın ən böyük təbii qaz və neft ehtiyatlarına sahibdir.
Avtobusa iti ilə minən qıza icazə vermədilər: it baqajda öldü
Türkiəyədə səfər sonrası itini götürməyə gedən qız şoka düşüb. Avqustun 13-də Filiz Ohtamış adlı qızın "Terrier" cins iti ilə Türkiyənin Erdek vilayətindən İstanbula yola düşüb. Lakin iti avtobusa mindirilməyə icazə verməyiblər.
Kerem sevgilisini müxbirlərin yanında pis vəziyyətdə qoydu
Aktrisa Serenay Sarıkaya ilə aktyor sevgilisi Kerem Bürsin alış-veriş mərkəzlərinin birindən çıxarkən görüntülənib.
Rusiya-Ukrayna arasında gözəllik müsabiqəsi qalmaqalı - Tələbə qız böhrana səbəb oldu
Moskva və Kiyev arasında gərginlik davam edir. İki dövlət arasında gözəllik müsabiqəsi böhranı baş verib. Yalta sakini peşəkar model Yekaterina Luqanskaya "Ukrayna Gözəli 2017" müsabiqəsinin finalında iştirak edib. Ukrayna Krımı Rusiya tərəfindən işğal edilən bir parçası olaraq tanıdığı üçün yarımadanın sakinlərinə öz vətəndaşı kimi baxır. Bu səbəbdən Ukrayna pasportu olan Yekaterinanın Kiyevdəki müsabiqədə iştirakı problemə səbəb olmamalı idi. Amma gənc modelin daha əvvəllər Rusiyada rus vətəndaşı kimi müxtəlif gözəllik müsabiqələrində iştirak etdiyi məlum olub.
İş adamı qızların qabağını kəsib təhdid etdi: "Kaş ki kişi olardın..." - VİDEO
Bodrumdakı bir məkanın sahibi mübahisə etdiyi qadın sürücüyə hücum edərək təhdid edib. Avtomobillə çimərliyə gedən qadınlara edilən hücumla bağlı respublika prokurorluğunda istintaq başladılıb.
NATO-nun Ermənistan üzərindən həyata keçirdiyi MƏXFİ QARABAĞ PLANI
Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerov İrəvanın NATO ilə yaxınlaşmasının böyük səhv olduğundan, Şimal Alyansının Ermənistanın xeyrinə olmayan məxfi Qarabağ planının mövcudluğundan danışıb.
Tubaya zərbə: UNİCEF-dən çıxarılır
İş adamı Umut Evirgenlə qalmaqallı eşqi ilə gündəmdə olan aktrisa Tuba Büyüküstün prestijini itirir. Aktrisa UNİCEF-in xoşməramlı səfiri postundan geri çağrılır. Onun yerinə aktrisa Serenay Sarıkayanın gətiriləcəyi deyilir. 2014-cü ildən adıçəkilən təşkilatın xoşməramlı səfiri seçilən Büyüküstünün vəzifəsini itirməsinə səbəb kimi sensasiyalı eşq həyatı yaşaması göstərilir.














