Dünya

Milyarder özünə toy etdi: gəlinə 10 milyonluq üzük verildi - VİDEO

16 Avqust 2017 11:35

Rusiyalı milyarder, Birləşmiş Ərəb Əmirliklərində yaşayan Aleksey Şapovalov 2012-ci ildən bəri qeyri-rəsmi nikahda yaşadığı Kseniya Tsaritsına ilə münasibətləri rəsmiləşdirib. Toy Moskva vilayətindəki Barvixa qəsəbəsində, "Barvikha Luxury Village" konsert zalında olub.

Rusiyanın FHN-nin gecikdirdiyi xahiş ANALİTİK

16 Avqust 2017 11:28

Ermənistanın dağlıq ərazilərində yerləşən Xosrov qoruğunda baş qaldırmış meşə yanğınları böyük ərazini əhatə etməklə yanaşı, ölkənin fövqəladə hallar nazirliyi təbii fəlakətin öhdəsindən gəlmək üçün yenidən Rusiyadan yardım umublar. Daha dəqiq desək, son dövrlər Rusiyaya qarşı bəlli məsələlərə görə çıxış edən Ermənistan rəhbərliyi və müxalifəti yenə də bu ölkə qarşısında diz çökmək məcburiyyətində qalıblar. Özü də bir yanğınsöndürən təyyarəyə - İL 76-ya görə...

Tanınmış aktrisaya hücum çəkdilər: başına qayçı batırdılar 

16 Avqust 2017 11:25

Britaniyanın "Silent Witness" ( Səssiz şahid ) serialının aktrisası Liz Kar baxıcısı ilə birlikdə əlil arabasında gəzərkən hücuma məruz qalıb.  London küçələrində gəzən aktrisaya əlində qayçı gəzdirən şəxs tərəfindən xəsarət yetirilib.

Kolumbiyada qiyamçılar tərksilah edildilər - Münaqişə bitdi

16 Avqust 2017 11:07

Kolumbiya İnqilabi Silahlı Qüvvələri (KİSQ) tam tərkibdə tərksilah olunub və qiyamçılarla hökumət arasında 50 illik münaqişə rəsmən başa çatıb. Bunu Kolumbiya prezidenti Xuan Manuel Santos bəyan edib. Kolumbiya İnqilabi Silahlı Qüvvələri yerli kommunist partiyasının hərbi qolu kimi 1964-cü ildə yaradılıb. Qruplaşmanın sıralarında 20 minədək silahlı döyüşüb. Qiyamçılarla hökumət arasında sülh danışıqları dörd il davam edib.

Rusiyanın Xəzər donanması həyəcan siqnalı ilə qaldırıldı

16 Avqust 2017 10:55

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər donanması təlimlər üçün həyəcan siqnalı ilə qaldırılıb. Bu barədə "İnterfaks"a RF Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib. O bildirib ki, komanda-qərargah təlimləri çərçivəsində Xəzər donanmasının hərbi hissələri və gəmiləri hərbi hazırlığın yoxlanılması üzrə tədbirlər yerinə yetirir: "Təlimlərə 1500 hərbçi, 20-dən çox hərbi və təminat gəmiləri, 200 ədəd hərbi və xüsusi texnika cəlb olunub. Həştərxan vilayəti və Dağıstan Respublikasında dislokasiya olunmuş sahilyanı hərbi hissələr həyəcan siqnalı ilə qaldırılıb və hərbi-təlim vəzifələrinin yerinə yetirilməsinə başlayıb".

Rusiya və Qazaxıstan arasında sərhəd QALMAQALI

16 Avqust 2017 10:41

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Novosibirsk vilayəti üzrə sərhəd idarəsi Rusiya və Qazaxıstan arasındakı sərhəd qalmaqalına aydınlıq gətirib. İdarə sərhəd xəttində heç bir dəyişikliyin olmadığını bildirib.

PKK – lılar təslim oldular

16 Avqust 2017 10:16

Türkiyənin Şırnak vilayatinin təhlükəsizlik qüvvələrinə 6 terrorçu təslim olub. “Olaylar” bildirir ki, PKK terror təşkilatından qaçdıqlarını bildirən 6 nəfər Habur sərhəd keçidində yerləşən təhlükəsizlik qüvvələrinə təslim olublar. Onlardan 3 – ünün azyaşlı olduğu bildirlir.

Daha bir terror hadisəsi – NİGERİYA

16 Avqust 2017 10:15

Nigeriyanın şimal – şərqində terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, kimliyi məlum olmayan qadın kamikadze vilayəyin ən böyük şəhəri olan Mayduquri şəhəri yaxınlığında özünü patlatması nəticəsində 27 nəfər həlak olub.  85 nəfər ağır yaralanıb.

ABŞ vətəndaşlarına İrana səyahəti ilə bağlı XƏBƏRDARLIQ ETDİ

16 Avqust 2017 09:51

Amerika Xarici İşlər Nazirliyi vətəndaşlarına İrana səyahətlə bağlı xəbərdarlıq edib.“Olaylar” bildirir ki, nazirliyin bu xəbərdarlığına səbəb İrandakı həbs və həbs risklərinin olmasıdı. İrana gedəcək ABŞ vətəndaşlarına səyahətlərini təxirə salmağı təklif edən bəyanatda deyilir ki, bir neçə ABŞ vətəndaşı İranda ədalətsiz olaraq saxlanılaraq həbs ediliblər.

“İşte Benim Stilim”in iştirakçısından RƏZİLLİK: saçından tutub sürüdü, daha sonra təpiklədi​​​

16 Avqust 2017 00:20

“İşte Benim Stilim” yarışmasının fenomen iştirakçısı Bahar Candan növbəti sensasiyaya imza atıb. Eyni yarışmada tanış olduğu türkmənistanlı Aybüke Kemiyeva ilə dostluq münasibətində olan Bahar Candan onun evinə qonaq gedib. Rəfiqəsi ayaqqabı ilə içəri daxil olmağa çalışan Bahara “Mən təmiz qızam, zəhmət olmasa, ayaqqabılarını çıxar” deyib. Buna əsəbiləşərək evi tərk edən B.Candan yenidən dostunun qapısının döyüb. Qapını açan qızı saçından tutaraq liftə qədər sürüyən televiziya fenomeni daha sonra onu təpikləyərək, söyməyə başlayıb.

Dünyada ən böyük OLED displey yaradılıb

15 Avqust 2017 19:50

Cənubi Koreyanın “LG Electronics” şirkəti 4 voleybol meydançası ölçüsündə nəhəng elektron OLED displey qurub. Bu panel orqanik işıq diodları əsasında yaradılmış ən böyük ekran kimi Ginnesin Rekordlar Kitabına düşüb.