Milyarder özünə toy etdi: gəlinə 10 milyonluq üzük verildi - VİDEO
Rusiyalı milyarder, Birləşmiş Ərəb Əmirliklərində yaşayan Aleksey Şapovalov 2012-ci ildən bəri qeyri-rəsmi nikahda yaşadığı Kseniya Tsaritsına ilə münasibətləri rəsmiləşdirib. Toy Moskva vilayətindəki Barvixa qəsəbəsində, "Barvikha Luxury Village" konsert zalında olub.
16 Avqust 2017 11:35 DünyaRusiyalı milyarder, Birləşmiş Ərəb Əmirliklərində yaşayan Aleksey Şapovalov 2012-ci ildən bəri qeyri-rəsmi nikahda yaşadığı Kseniya Tsaritsına ilə münasibətləri rəsmiləşdirib. Toy Moskva vilayətindəki Barvixa qəsəbəsində, "Barvikha Luxury Village" konsert zalında olub. Toya "Leninqrad" qrupu və müğənni Polina Qaqarina da dəvət olunmuşdular. Aparıcılar isə Andrey Razıqrayev və Yekaterina Varnava idilər. Rusiylı milyarder toyda xanınıma 70 karatlıq brilyant qaşlı üzük hədiyyə edib. Üzüyün dəyəri 10 milyon dollardır. 45 yaşlı A.Şapovalov əslən Rusiyanın Samara şəhərindəndir. Yerli hakimiyyət dairələri ilə problemləri olduğu üçün rusiyalı milyarder BƏƏ-nin Dubay şəhərinə köçüb. A.Şapovalov Dubayda inşaat biznesi ilə məşğuldur. A.Şapovalovun və K.Tsaritsınanın iki övladları (4 yaşlı oğlan və 2 yaşlı qız) var. Milli.az European-a istinadən xəbər verir.