Rusiya-Ukrayna arasında gözəllik müsabiqəsi qalmaqalı - Tələbə qız böhrana səbəb oldu
Moskva və Kiyev arasında gərginlik davam edir. İki dövlət arasında gözəllik müsabiqəsi böhranı baş verib. Yalta sakini peşəkar model Yekaterina Luqanskaya "Ukrayna Gözəli 2017" müsabiqəsinin finalında iştirak edib. Ukrayna Krımı Rusiya tərəfindən işğal edilən bir parçası olaraq tanıdığı üçün yarımadanın sakinlərinə öz vətəndaşı kimi baxır. Bu səbəbdən Ukrayna pasportu olan Yekaterinanın Kiyevdəki müsabiqədə iştirakı problemə səbəb olmamalı idi. Amma gənc modelin daha əvvəllər Rusiyada rus vətəndaşı kimi müxtəlif gözəllik müsabiqələrində iştirak etdiyi məlum olub.
16 Avqust 2017 12:01 DünyaMoskva və Kiyev arasında gərginlik davam edir. İki dövlət arasında gözəllik müsabiqəsi böhranı baş verib. Yalta sakini peşəkar model Yekaterina Luqanskaya "Ukrayna Gözəli 2017" müsabiqəsinin finalında iştirak edib. Ukrayna Krımı Rusiya tərəfindən işğal edilən bir parçası olaraq tanıdığı üçün yarımadanın sakinlərinə öz vətəndaşı kimi baxır. Bu səbəbdən Ukrayna pasportu olan Yekaterinanın Kiyevdəki müsabiqədə iştirakı problemə səbəb olmamalı idi. Amma gənc modelin daha əvvəllər Rusiyada rus vətəndaşı kimi müxtəlif gözəllik müsabiqələrində iştirak etdiyi məlum olub.
Luqanskaya Rusiyadakı gözəllik müsabiqələrində yer tuta bilmədiyi üçün Ukrayna pasportu ilə Kiyevdə də şansını yoxlamaq istədiyini bildirib. "Ukrayna Gözəli 2017" müsabiqəsinin təşkilatçıları krımlı modelin gözəllik müsabiqəsinin qanunlarını pozmadığını bildirirlər.
Müsabiqənin meneceri Aytən Novruzova mətbuata açıqlamasında Luqanskayanın Ukrayna vətəndaşı olduğunu və xarici ölkələrdə keçirilən müsabiqələrdə iştirak etməsinin Ukrayna Gözəllik Müsabiqəsi qaydalarına zidd olmadığını bildirib. Ölkə.az