Dünya
Yüngül çəkili odadavamlı material yaradılıb
Çin və Cənubi Koreyadan olan kimyaçılar qrupu tərəfindən hazırlanmış yeni odadavamlı material sıxlığının son dərəcə kiçik olmasına baxmayaraq çox yüklənməyə və yanğını effektiv dayandırmaq qabiliyyətinə malikdir.
Ermənilər Nəcməddin Sadıkovun imzası olan saxta raport yaydılar - DİQQƏT
Düşmən daha bir dezinformasiya yayıb. Guya aprelin 2-dən 6-na kimi Azərbaycan Silahlı Qüvvələrinin 558 nəfər şəhidi və 1293 yaralısı olub.Dezinformasiyanın işlənməsi və Müdafiə nazirliyinin adından yayılan saxta sənədin işlənmə tərkibinə diqqət yetirsək, onun Azərbaycan dilinin qramatik yazılışından nə qədər uzaq olduğunu görərik. Dezinformasiyanın yayılmasına dəstək olaraq, Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovannisyan da bəyanat yayıb.
"Donuz qripi" 600-dən çox insanın həyatına son qoydu - Hindistanda
Hindistanda bu ilin əvvəlindən "donuz qripi"ndən həlak olanların sayı 600 nəfəri keçib. Təkcə Maharaştra ştatında 284, Qucarat ştatında isə 220 nəfər bu xəstəliyin qurbanı olub.
Nazirliyin 70 əməkdaşı həbs olundu
Türkiyənin paytaxtında FETÖ terror qruplaşmasına qarşı növbəti əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, Ankara Respublika Prokurorluğu tərəfindən keçirilən əməliyytın ünvanı Maliyyə Nazirliyi olub. Təhlükəsizlik qüvvələri nazirliyin 70 əməkdaşını Bylock istifadəçi olduğunu aşkarlayıb. FETÖ terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 70 nəfər həbs olunub.
Ara Papyan: “Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edəcək”
“Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edəcək”. Bunu bu gün keçirdiyi mətbuat konfransında “Modus vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan deyib.
Prezident Duterte: "Əladır, gündə 32 nəfər öldürsək..."
Filippində prezident Rodriqo Dutertenin hakimiyyətə gələndən sonra narkotacirlərə qarşı başlatdığı divantutma kampaniyası davam edir. virtualaz.org xəbər verir ki, avqustun 15-i bu kampaniyanın ən qanlı günü olub. Həmin gün polis reydi zamanı narkotik alveri ilə məşğul olduğu təxmin edilən 32 nəfər güllələnib. Ötən sutka isə "məhsuldarlıq" bir qədər aşağı düşüb-cəmi 25 cəsəd.
Nyu-Yorkda Trampın qəribə heykəli peyda oldu
Nyu-Yorkun Manhetten hissəsində yerləşən parklardan birində ABŞ prezidenti Donald Trampın quşları öz tvitləri ilə yemləməsini əks etdirən heykəl qoyulub. Heykəlin müəllifi Aleks Qardeqdir. Onun sözlərinə görə, yaratdığı “əsər” Trampa nə dəstəyi, nə də etirazı ifadə etmir. “Sadəcə olaraq, məni onun tvitlərinin gücü heyran edir.
Rusiya ordusu Belarusa daxil oldu
Rusiyanın hərbi texnikası Belarusa daxil olub. Təqdim edilən videoda qara rəngli, “RUS” yazılmış dövlət nömrə nişanlı onlarla “Ural” markalı yük maşınından ibarət kolonun keçdiyi görünür. Üstü bağlı olan maşınlar Belarus Silahlı Qüvvələrinin 72-ci Birləşmiş təlim mərkəzinin yaxınlığında meşəyə daxil olublar. Kolon Belarusun DAM avtomobilləri tərəfindən müşayiət olunub.
“İstanbulda ən azı 145 min insan öləcək” - Qorxunc proqnoz TƏKRARLANDI
“Mərmərə dənizində yaxın gələcəkdə gücü yeddi baldan daha yüksək olan zəlzələ baş verəcək”. Bunu Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener deyib. “Bütün elm adamları bunu qəbul edirlər: Mərmərədə yaxın gələcəkdə yeddi baldan yuxarı zəlzələ olacaq. Dəqiq tarixi deyə bilmərik, amma bu, Mərmərədə zəlzələ olacağı gerçəyini dəyişdirmir. Zəlzələlərin harada və təxminən hansı gücdə olacağını bilirik, amma təəssüf ki, heç bir zaman bugünkü texnologiyalarla dəqiq tarixini açıqlamaq şansımız yoxdur”, - professor bildirib.
“Yandırılmış əraziləri” bu ölkə tutacaq” – PROQNOZ
ABŞ və Çin arasındakı iqtisadi müharibədən qazanan tərəf Hindistan ola bilər. Bunu ABŞ prezidentinin əsas strateji məsləhətçisi Stiven Bennonun bəyanatını şərh edən Siyasi ekspertlər və konsultantlar Assosiasiyasının üzvü, politoloq Kiril Koktış “Russia Today” telekanalı ilə söhbətində deyib. “İki süper iqtisadi subyektin toqquşmasında üçüncü oyunçu qalib gəlir. O toqquşmada iştirak etmir və toqquşma nəticəsində “yandırılmış əraziləri” tutaraq qazanan tərəf olur. Məsələn, Hindistan”, - Koktış bildirib.
Hülyadan etiraf: "Onları evə həbs elədim"
Müğənni-aktrisa Hülya Avşar maraqlı etiraf edib. Öz həyatından bəhs edən "Selfie" filminin çəkilişlərini yekunlaşdıran sənətçi onun montaj prosesinin necə aparılmasından danışıb: "Evimin boş bir otağını ayırdım. Bir həftə boyunca montajçıları orda saxladım, evə həbs elədim. İşlərini bu cür gördülər".
Baldızının şəkillərini kəsib, çılpaq qadınların üzünə yapışdırdı
Türkiyədə biabırçı olay yaşanıb. Fatih adlı 36 yaşlı kişi mübahisə etdiyinə görə əsəbləşdiyi baldızı Suzanın ailə fotolarından fotoşopla kəsdiyi başını çılpaq qadınların üzünə yapışdırıb və pornoqrafik saytlarda yayıb.
Gecə qızlarla görüntüləri yayılan Useyn Bolta MARAQLI TƏKLİF
Ermənistan ordusunda intihar və fərarilik halları artıb
Azərbaycan ordusunun günü-gündən güclənməsindən təşvişə düşən Ermənistan silahlı qüvvələri çıxış yolunu yalnız cəbhə xəttində təxribat törətməkdə görür. Elə bu səbədən də son vaxtlar erməni silahlı dəstələri tərəfindən atəşkəs rejiminin pozması halları artıb. Erməni məbələrinin yaydığı məlumata görə, artıq Ermənistan ordusunda ruh düşkünlüyü yaranıb, orduda fərarilik, intihar halları artıb.
45 İŞİD üzv öldürüldü
Əfqanıstanın şərqində İŞİD terror təşkilatına qarşı əməliyyatlar həyata keçirilib. “Olaylar” bildirib ki, əməliyyat zamanı NATO-da xidmət edən bir ABŞ əsgəri həlak olub. Əfqanıstandakı ABŞ əsgərlərinin verdiyi məlumata görə, yaralı ABŞ və Əfqan əsgərləri xəstəxanalara yerləşdirilib. Əməliyyat zamanı 45 İŞİD üzvünün öldürüldüyü bildirilir. Qeyd edək ki, ABŞ qoşunları Əfqanıstanın şərqindəki Nangarhar əyalətində İŞİD əleyhinə əməliyyatlarda Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək verirlər. Əfqanıstanın adıçəkilən bölgədə 8400 qoşun var.














