Dünya
Türkiyə I Dünya müharibəsindən sonra ilk dəfə... - Terror təşkilatı DƏNİZLƏRƏ ÇIXIR
ABŞ-ın “Ən-Nüsra” Cəbhəsi bəhanəsilə İdlibə hücum əməliyyatını planlaşdırması Astana üçlüyü olan Türkiyə, Rusiya və İranı hərəkətə gətirib.İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiridən sonra Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimov İdlib mövzusu ilə əlaqədar Ankaraya gələcək.
Məkkədə zəvvarların qaldığı hoteldə yanğın olub
Səudiyyə Ərəbistanının Məkkə şəhərinin əl-Əziziyyə rayonunda türk zəvvarların qaldığı hoteldə yanğın olub. 600 nəfərin qaldığı hotel binasının 8-ci mərtəbəsindəki kondisioner yanıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.
ABŞ-dan Rusiyaya qarşı SƏRT ADDIM
ABŞ cari ilin avqustun 23-də bütün Rusiya üzrə qeyri-miqrasiya vizaların verilməsini müvəqqəti dayandırır. Bu haqda ABŞ-ın Rusiyadakı səfirliyindən bildirilib.
Türkiyədə avtobus aşdı: 20 turist yaralı
Türkiyənin Antalya vilayətində turistləri aparan avtobus aşıb. Hadisə nəticəsində 20 turist xəsarət alıb. Qəzanın səhər saatlarında baş verdiyi bildirilir. Yaralıların hamısı xəstəxanaya çatdırılıblar.
Antarktidada 12 mərtəbəli bina ölçüsündə UNO tapıldı - VİDEO
Məşhur rusiyalı ufoloq Valentin Deqterev Antarktidada nəhəng ölçülü uçan naməlum obyektin (UNO) aşkarlandığını elan edib. Tədqiqatçı bu nəticəyə “Google Maps”ıın təqdim etdiyi peyk şəkillərini təhlil edərək gəlib.
Rusiyadan İŞİD-ə hava zərbəsi - 200 terrorçu məhv edildi
Rusiya Hava Qüvvələri Suriyada Deyrizor şəhərinə gedən İŞİD-ə məxsus konvoya zərbələr endirib. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, əməliyyat çərçivəsində 200 İŞİD üzvü məhv edilib.
Meryem gələn il yeni serialla ekranlara qayıdacaq
Sonuncu dəfə aktyor Oktay Kaynarca və aktrisa Deniz Çakırın baş rolda çəkildiyi "Eşkiya dünyaya hükümdar olmaz"da rol alan aktrisa Meryem Üzerli ekrana dönüş tarixini açıqlayıb.
Şok kadrlar: oğlunun yataq otağına girən ana qışqırdı - VİDEO
Oğlumun yataq otağına girdim ki, uşağı oyadım. Qəflətən çarpayının altından fısıltı səsi gəldi. Əyilib baxanda orada böyük ilan gördüm. Qışqırdım, oğlumu da götürüb çölə qaçdım.
Putinin varislərinin adları açıqlandı - SİYAHI
“Peterburq siyasəti” Fondu ekspertləri Rusiya prezidenti Vladimir Putinin “varislərı” reytinqini hazırlayıb. Reytinq siyahısında Putinin mümkün varislərinin adı yer alıb. Baş naziri Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin və Tula vilayətinin qubernatoru Aleksey Dyumin reytində ilk üç yeri tutub. Dmitri Medvedev 21 balla siyahıda birincidir.
Ən çox gəlir gətirən FİLMLƏR – SİYAHI
ABŞ son nümayiş olunan filmlərin kassa gəlirlərini açıqlayıb: Gəlirlərinə görə “Qatilin mühafizəçisi” zirvədə yer alıb. “Annabelin lənəti”, “Xoşbəxt Loqan” ilk pillədə qərarlaşıb, pul qazanmağa davam edir. “Dyunkerk” filmi isə ən az kassa gəliri əldə etməsinə baxmayaraq, hələki nümayişi davam edir.
İŞİD-in bombardmanının görüntüləri yayıldı - VİDEO
İŞİD terror qruplaşmasının döyüşçülərinə aid kolonun Rusiya hərbi aviasiyası tərəfindən məhv edilməsinin görüntüləri yayılıb. İŞİD kolonu Deyr-ez-Zor şəhərinə hərəkət edirdi. Daha əvvəl Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi aviasiya böyuk kalibrli silahlar və minaatanlarla İŞİD-in 20-dən çox avtomobili, həmçinin tanklar da daxil olmaqla zirehli texnikasını məhv edib.
Dünya çempionunu yumruqla öldürən azərbaycanlının axtarışına xüsusi komanda cəlb edildi
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən şəxs Uzaq Şərq federal dairəsinin bütün regionlarında polis tərəfindən axtarılır.
Atambayevin adamı istefaya gedir- HÖKUMƏT BURAXILIR
Qırğızıstanın Baş naziri Soronbay Cenbekov oktyabrda keçiriləcək prezident seçkisində namizəd kimi rəsmən qeydiyyatdan keçib. Bu haqda ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
Filippində kəndə basqın edilib, 9 nəfər öldürülüb
Bir qrup silahlı şəxs Filippinin Basilan əyalətində kəndə basqın edib. Kənd hücum nəticəsində 9 nəfər öldürülüb, 10 nəfər yaralanıb. Hadisə bu gün yerli vaxtla saat 05.30 radələrində baş verib.
Ukraynalı müğənni Ruslana: “Muğamı öyrənirəm”
“Azərbaycan tamamilə fərqli insanları bir araya gətirmək üçün unikal və demokratik platformadır”. Bunu Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Bakıya gəlmiş ukraynalı müğənni Ruslana deyib.














