Rusiyadan İŞİD-ə hava zərbəsi - 200 terrorçu məhv edildi

Rusiya Hava Qüvvələri Suriyada Deyrizor şəhərinə gedən İŞİD-ə məxsus konvoya zərbələr endirib.  Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, əməliyyat çərçivəsində 200 İŞİD üzvü məhv edilib.

Rusiya Hava Qüvvələri Suriyada Deyrizor şəhərinə gedən İŞİD-ə məxsus konvoya zərbələr endirib.  Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, əməliyyat çərçivəsində 200 İŞİD üzvü məhv edilib. Bundan başqa, konvoyda olan 20 hərbi avtomobil, aralarında tanklarında olduğu bəzi zirehli maşınlar və silah-sursat daşıyan bir neçə "TIR" zərərsiz vəziyyətə gətirilib. Bildirilib ki, Rakka və qərbi Humusda güc itirən İŞİD-in Deyrizor şəhərində məğlub edilməsi strateji baxımdan əlverişlidir.  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31