Şok kadrlar: oğlunun yataq otağına girən ana qışqırdı - VİDEO
Oğlumun yataq otağına girdim ki, uşağı oyadım. Qəflətən çarpayının altından fısıltı səsi gəldi. Əyilib baxanda orada böyük ilan gördüm. Qışqırdım, oğlumu da götürüb çölə qaçdım.
21 Avqust 2017 12:12 DünyaOğlumun yataq otağına girdim ki, uşağı oyadım. Qəflətən çarpayının altından fısıltı səsi gəldi. Əyilib baxanda orada böyük ilan gördüm. Qışqırdım, oğlumu da götürüb çölə qaçdım.
Olay Taylandın Çaçhanso şəhərində yaşanıb. 42 yaşlı Fanamum Leken kiçik oğlu, 13 yaşlı Nonqun yatan otağında, çarpayının altında qıvrılmış kələzi görəndə qaçaraq həyətə çıxıb, oradan polisə zəng vurub.Lekenin evinə az sonra polislər və ilantutanlar gəliblər. Onlar 3,2 metr uzunluğundakı kələzi tutaraq evdən çıxarıblar. İlanı Nattapon Bunmey tutub. Lekenin dediyinə görə, ilan oğlunun pişiyini udubmuş. Milli.az NBC-yə istinadən xəbər verir.