Dünya
“Florence” Yer kürəsinin 7 milyon kilometr yaxınından keçəcək
NASA astronomları böyük bir asteroidin sentyabrın 1-də dünyanın yaxınlığından təhlükəsiz keçid edəcəyini bildiriblər. “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcəyi qeyd olunur. “Olaylar” bildirir ki, bununla bağlı NASA öz vebsaytına asteroidin keçmə anını əks etdirən GIF təsvir verib. Bildirilib ki, “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq.
Sosial şəbəkə istifadəçilərini həbs gözləyir – İRANDA
İranda ən çox istifadə edilən sosial şəbəkələrdən biri də Telegramdı. “Olaylar” bildiriir ki, İranda 14 Telegram istifadəçisini 91 gündən 5 ilə qədər həbs cəzası gözləyir. İran Məhkəmə Hakimiyyətinin rəsmisi Gulamhüseyin Muhsini Ejei açıqlamasında bildirib ki, "Bu günə qədər Telegram istifadəçiləri haqqında araşdırmalar etdik. Araşdırmamız zamanı 14 nəfərə aid olan sənədləri məhkəməyə təqdim etdik. Günahlandırılan şəxsləri 91 gündən 5 ilə qədər həbs gözləyir." - deyə, bildirib.
30 mindən çox insan evini tərk etdi
BMT-nin İraqdakı nümayəndəliyi bildirir ki, İraqın telafer şəhərindən 30 mindən çox insan təhlükəsizlikləri naminə öz evlərini tərk etmək məcburiyyətində qalıb. “Olaylar” bildiriri ki, buna səbəb bölgədə İŞİD terror qruplaşmasına qarşı aparılan əməliyyatlardı. Həmçinin açıqlamada qeyd olunur ki, “Telaferdə qalan insanlar haqqında heç bir məlumat yoxdur. Yaxın günlərdə minlərlə insanın təhlükəsiz ərazilərə köçürülməsi gözlənilir”.
ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşub, 10 nəfər itkin düşüb
Məşhur Hollivud ulduzu vəfat etdi
Məşhur Hollivud aktyoru, prodüsseri, müğənni və rejissor və Cerri Levis 91 yaşında Las Vegasdakı evində vəfat edib. “Olaylar” bildiirir ki, məşhur komediya aktyoru 1926 – cı il martın 16 – da anadan olub. 5 yaşından Nyu – Yorkun kiçik zallarından sənətə başlayan aktyor 1946 – cı ildə məşhur müğənni Dean Martin ilə duet oxuyub. Aktyor 1950-ci illərdə "The Bellboy" və "The Nutty Professor" filmləri ilə məşhurlaşmağa başlayıb.
130 arvadı dul qaldı
Nigeriyada 130 arvadı olan Məhəmməd Bello Əbubəkr 93 yaşında həyatını itirib. “Ata Masaba" ləqəbi ilə tanınan Məhəmməd Bello Əbubəkr öz evində ölüb. Əbubəkr 2008-ci ildə medianın gündəmində olarkən 86 arvadı var idi. O, 9 il ərzində arvadlarının sayını 130-a çatdıra bilib.
Məşhur yazıçı vəfat etdi
Amerikalı aktyor, ictimai xadim, yazıçı və komediya ustası Dik Qreqori 85 yaşında vəfat edib. "Olaylar" bildirir ki, bu barədə aktyorun oğlu Kristian məlumat verib. Onun 11 övladı var.
Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?
Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. Bu ölkələrin ordusu olmasa da, onların təhlükəsizliyi güclü dövlətlərin qoruması altındadır. Ordusu olmayan ölkələri təqdim edirik: Vatikan: Polis səviyyəsində xidmət verən isveçrəli mühafizəçilər tərəfindən qorunur. İslandiya: Ölkədə 1869-cu ildən bəri ordu yoxdur. Birləşmiş Krallıq ilə hərbi təhlükəsizlik müqaviləsi olduğundan NATO-nun üzvüdür.
İstirahətdə olan nazirin müşavirini ildırım vurdu
Rusiya səhiyyə nazirinin müşaviri İqor Lanskoy dünyasını dəyişib. Rusiya Səhiyyə Nazirliyi 41 yaşlı məsləhətçinin faciəli şəkildə öldüyü barədə məlumat yayıb.
Rusiyada baş verən hadisəni İŞİD təşkil edib
Ötən gün Rusiyanın Surqut şəhərində dinc əhaliyə bıcaqla hücum olmuşdu. “Olaylar” bildirir ki, polis tərəfindən öldürülən tecavüzkar İŞİD terror təşkilatına üzv olub. Hadisədən sonraİŞİD hadisəni öz üzərinə götürüb. Qeyd edək ki, hadisə nəticəsində 8 nəfər yaralanmışdı. Onlardan 4 – nün vəziyyəti ağırdı.
Daha bir ölkədə naməlum şəxs isanlara hücum etdi
Avstraliyanın Sidney şəhərindəki “Chatswood Mall” ticarət mərkəzində naməlum şəxsin avtomobili müştərilərin üzərinə sürməsi nəticəsində biri körpə olmaqla 7 nəfər xəsarət alıb. Hadisə ticarət mərkəzinin çıxışında baş verib.
İsvec dövləti 106 yaşlı qadına rədd cavabı verdi
İsveç İmmiqrasiya Bürosu ölkədən sığınacaq istəyin 106 yaşlı Əfqanıstan vətəndaşına rədd cavabı verib. “Olaylar” bildirir ki, dünyanın ən yaşlı sığınacaq axtaran 106 yaşlı Əfqanıstan vətəndaşı Bibikhal Özbəkini Skaraborg şəhərində bir il məskunlaşan əfqanıstanlı qadının İsvec dövlətinin qərarına etiraz etmə haqqı var.
Rusiyada əhaliyə hücum - 8 yaralı
Rusiyanın Surqut şəhərində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib. "Olaylar" bildirir ki, hücum zamanı 8 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Silahlı şəxs hadisə yerinə gələn polislərə müqavimət göstərib. Təslim olmayan silahlı polis tərəfindən öldürülüb. Bəzi məlumatlara görə, maskalı olan şəxsin psixiki pozğunluğunun olduğu ehtimal edilir.
İsrail əsgərləri 13 mindən çox uşağı yaralayıb
İsrail əsgərlərinin 12 yaşındakı fələstinli uşağı döyməsi kameraya əks olunub. “Olaylar” bildirir ki, Fələstin Ramallah şəhərində İsrail əsgərləri 12 yaşındakı bir uşağa yumruq zərbələri və təpiklərlə xəsarət yetiriblər. Döyülən uşaq daha sonda əsgərlərin maşınına mindirilir. Uşağın kimliyi və indi harada olduğu məlum deyil.
Açıq-saçıq geyimləri ilə seçilən əfqan müğənni konsert anonsu verdi - ÖLÜMLƏ HƏDƏLƏNDİ
Əfqanıstanlı müğənni Aryana Seyid 19 avqustda keçiriləcək Əfqanıstanın Müstəqillik Günü konsert proqramında çıxış edəcək. Lakin bundan heç də hər kəs məmnun deyil. Qadın hüquqları ilə bağlı təşviqat aparan Aryana feysbukda səkkiz dəqiqəlik video paylaşıb. Videoya həm qəzəb, həm də dəstək nümayiş olunub. Bəziləri onu təhqir edib və konsert vaxtı "partlayış" törətməklə hədələyiblər. Bu barədə məlumatı Metbuat.az saytı yayıb.












