ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşub, 10 nəfər itkin düşüb
21 Avqust 2017 08:55 DünyaABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Jon S. McCain" raket esminesi ticarət gəmisi ilə toqquşub.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ HDQ-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Jon S. McCain" raket esminesi 21 avqust tarixində "Alnic MC" ticarət gəmisi ilə toqquşub. Axtarış-xilasetmə işləri yerli hakimiyyət orqanları ilə əlaqəli şəkildə aparılır", - məlumatda deyilir.
Qeyd edək ki, "Alnic MC" neft və kimyəvi məhsulların daşınması üçün istifadə edilən Liberiya tankeridir.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 10 nəfər itkin düşmüş hesab edilir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.
"Hazırda 10 hərbçi itkin düşmüş hesab olunur, 5-i müxtəlif dərəcəli xəsarət alıb", məlumatda deyilir. Esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən "Alnic MC" adlı tankerlə toqquşaraq zədələnib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə əlaqədar araşdırma aparılır.