Dünya

“Samsung” şirkəti “Notebook 9” yığcam kompüterlərini təqdim edib

15 Dekabr 2017 19:30

“Samsung Electronics” korporasiyası “Notebook 9” seriyasına aid 3 ədəd portativ kompüter təqdim edib: 13 düymlük ekrana malik “Notebook 9” (2018), 15 düymlük ekrana malik “Notebook 9” (2018) və “Notebook 9 Pen”.

Robot Olimpiya məşəli estafetində iştirak edib

15 Dekabr 2017 19:18

“HUBO” robotu Cənubi Koreyanın Tecon şəhərində Olimpiya məşəli estafetində iştirak edib. Qeyri-adi robot Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun mühəndisləri tərəfindən yaradılıb. Məşəli alan “HUBO” karton divaradək təxminən 100 metr hərəkət edib. O, kiçik mişarla divarda dəlik açaraq məşəli robot yaradıcısı professor O Çun-hoya ötürüb.

Özünübərpa edən şüşə yaradılıb

15 Dekabr 2017 19:11

Tokio Universitetinin alimləri sındırıldıqdan sonra yenidən möhkəmlənə bilən şüşə yaradıblar. Alimlər əsas kimi sintetik polimerdən (polikarbonat) istifadə ediblər. Onlardan yaradılan bərk şüşə əvvəlcə iki hissəyə bölünərək sonradan birləşdirilib. Bunun üçün yarıya bölünən şüşə hissələrinin otaqda adi temperaturda birləşməsinə 2 dəqiqə lazım olub. Strukturun tam möhkəmlənməsi və ağırlıqlara dözməsi üçün 1-6 saat gözləmək tələb olunur.

Cari ilin oktyabrında ən çox bu smartfonlar satılıb

15 Dekabr 2017 19:05

“Apple” şirkətinin yeni qurğuları smartfonlar arasında satış sayına görə ilk iki yeri tutub. “Counterpoint” analitiklərinin məlumatına görə, cari ilin oktyabrında smartfonlar arasında satışların sayına görə “iPhone 8” birinci, “iPhone 8 Plus” isə ikinci yeri tutublar.

Tuba sevgilisi ilə qısqanclıq üzündən dalaşdı

15 Dekabr 2017 18:50

Aktrisa Tuba Büyüküstün iş adamı sevgilisi Umut Evirgenlə dalaşıb. Cütlüyün davasına səbəb qısqanclıq olub.  Belə ki, Umutun sahib olduğu gecə klubunda bundan sonra Defne Samyelinin səhnə alcağını öyrənən Tuba sevgilisindən onu məkandan çıxarmağı istəyib. Lakin Umut Büyüküstünün bu istəyini qəbul etməyərək Defne ilə işləməyə davam edib. 

Qəzaya düşən əri və 5 yaşlı qzı haqda açıqlama verdi

15 Dekabr 2017 18:45

Aktrisa Pınar Altuğ ötən gün avtomobil qəzası keçirən həyat yoldaşı Yağmur Atacan və 5 yaşlı qızı haqda məlumat verib. Aktrisa hər iki ailə üzvünün yaxşı olduğunu bildirib. O, əri və qızının şəklini paylaşaraq yazıb: “Dünən axşam qızım və ərim avtomobil qəzasına düşdü. Çox şükür həm ailəmin, həm də qarşı tərəfin sağlığı yerindədir. Maraqlanan hər kəsə təşəkkür edirəm. Allah bir daha göstərməsin”.

“Fazilet hanım və kızları”nın aktyoru sevgilisinə xəyanət etdi

15 Dekabr 2017 18:40

“Fazilet hanım və kızları”nın “Sinan”ı Alp Navruz sevgilisi, “Şevkat yerimdar”ın aktrisası Başak Parlaka xəyanət edib. Aktyor ötən gecə klublardan birindən gənc bir qadınla çıxarkən görüntülənib. 

Çağla Şikeldən Alişanla bağlı etiraf

15 Dekabr 2017 18:40

Model-aparıcı Çağla Şikel dostu Alişanın yenidən münasibətə başlamasından danışıb.  Model ifaçının aktrisa Buse Varolla eşq yaşadığını təsdiqləyib: “Gördünüz, hər kəsdən necə gizləmişəm”. 

Yaşadıqları villanı 18 milyona satdılar

15 Dekabr 2017 18:35

Müğənni Adam Livaynla model Behati Prinslu Holmbi Hillzdə olan villalarını satıblar. Cütlük malikanəni 18 milyon dollara satıb. Adamla Behati 856 kvadrat metr sahəsi olan villanı 5 ay əvvəl almışdılar. 5 yataq otağı, 6 hamam otağı, hovuzu və böyük terrası olan malikanəni məşhurlar 18 milyon 900 min dollara almışdılar. 

6 saniyəyə məşhur olan QIZ: hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

15 Dekabr 2017 18:20

Lele Pons adlı 21 yaşlı instaqram fenomeninin yeniyetməlik şəkilləri heyrət doğurub. Venesualada yaşayan Lele 6 saniyəlik vayımı sayəsində məşhur olub. 19 milyondan çox abunəçisi olan Lele instaqramın ən çox izlənilən fenomenlərindən biridir.

Kraliçanın ailəsində toy olacaq

15 Dekabr 2017 18:15

Böyük Britaniya şahzadəsi Harri və ABŞ-lı aktrisa və fotomodel Meqan Marklın toy mərasimi 2018-ci il mayın 19-da baş tutacaq. Məlumata görə, bu barədə şahzadənin yaşadığı Kensinqton sarayının mətbuat xidməti bildirib.

Rusiya NATO ölkələrini internetsiz qoyacaq

15 Dekabr 2017 18:03

Rusiya Avropa ilə ABŞ-ı bir-birinə bağlayan və internetin təminatı üçün lazım olan nəqliyyat qovşaqlarını təhlükə altında saxlayır. Bu sözləri İngiltərənin Baş Qərargah rəisi Stüart Vilyam Pic deyib. Londonun Birləşmiş Xidmətlər Universitetində çıxış edən general İngiltərə və NATO-dakı müttəfiqlərinin dənizin dərinliklərində yerləşən intenet naqillərinin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməsini istəyib.

İstanbul metrosunda maşinistsiz qatarlar xəttə buraxıldı

15 Dekabr 2017 17:48

İstanbulda ilk dəfə maşinistsiz idarə olunan metro qatarları xəttə buraxılıb. Məlumata görə, bu qatarların hərəkət edəcəyi xəttin uzunluğun 10,5 kilometrə bərabərdir.

ABŞ-ın Ukraynaya hansı silahları göndərəcəyi məlum oldu

15 Dekabr 2017 17:39

Ukraynanın Xalq Cəbhəsi Partiyasından olan deputat Dmitri Tımçuk ABŞ-ın Kiyevə hansı silahları tədarük edəcəyini açıqlayıb. D.Tımçuk bunun hava hücumuna qarşı müdafiə radarları və radiolokasiya sistemləri, eləcə də Hərbi Dəniz Qüvvələri üçün üzmə vasitələri olduğunu deyib. Onun sözlərinə görə, silah tədarükündə məqsəd Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirməkdir. Deputat bildirib ki, hətta Ukrayna hərbi büdcəsinin artırılmasından sonra müdafə sahəsində "faciəli şəkildə" vəsait çatışmazlığı var.

Heç vaxt görmədiyi atasına 43 ildən sonra ATV-də qovuşdu - VİDEO

15 Dekabr 2017 17:38

İtmiş şəxslərin tapılması və cinayət hadisələrinin üstünün açılmasında xüsusi pay sahibi olan Müge Anlı komandası ilə birgə Türkiyə televiziya tarixinə keçəcək bir uğura imza atıb. ATV ekranlarında Müge Anlının təqdimatında yayımlanan "Tatlı Sert" proqramının bugünkü bölümündə duyğusal anlar yaşanıb.