Dünya

27 mindən çox erməniyə vətəndaşlıq verildi

16 Dekabr 2017 19:50

ABŞ-ın daxili təhlükəsizlik bölməsinin rəsmi səhifəsində qeyd olunan məlumata görə, ölkədə 27 mindən çox erməniyə Amerika vətəndaşlığı verilib. Məlumatda qeyd edilir ki, bu rəqəm son 10 ili əhatə edir.

Fransadan İsraili  şok edəcək addım

16 Dekabr 2017 18:09

Fransa İsrailin gözlədiyi “Avropa ölkələri dəstəyi”ni verməyib.  Fransanın xarici işlər naziri Cin Yes Li Dreyn “Fransa, hələ ki diplomayik nümayəndəliyini Təl-Əvivdən başqa bir şəhərə köçürmək niyyətində deyil” fikrini səsləndirib. Fransa sülh müzakirələri prosesinin gedişinə uyğun bir qərar verəcəklərini bildirmişdi. Lakin bu qərar İsrailin lehinə qəbul edilməyib.

Putinə qızıl medal verildi

16 Dekabr 2017 18:05

Rusiya prezidenti Vladimir Putin Yunanıstanın Demokratiya Univeristeti tərəfindən qızıl medalla təltif edilib. Medal Putinə regional sabitlik və rifaha qatdığı faydalarından ötrü verilib.

Nəhəng dərman şirkətinin rəhbəri və arvadı evində ölü tapıldı

16 Dekabr 2017 18:04

Dünyanın ən böyük dərman şirkətlərindən olan “Apotex” firmasının qurucusu Barri Şerman həyat yoldaşı ilə birlikdə Torontodakı evində ölü halda tapılıb.  Kanadanın ən varlı iş adamlarından olan B.Şermanın ölümü şübhəli olduğu üçün polis dərhal istintaq əməliyyatlarına başlayıb.

56 yaşlı müəllim şagirdinə təcavüz edərkən tutuldu - BİABIRÇILIQ

16 Dekabr 2017 18:02

Məktəbli qız sinif otağında atası yaşında kişi ilə əxlaqsız vəziyyətdə tutulub. İngiltərədə baş verən bu hadisə dünya mediasını bir-birinə qatıb. Paytaxtdakı kolleclərin birində 56 yaşlı müəllim 15 yaşlı şagirdinə təcavüz etmək istəyib.

Karapetyan yenə Qarabağa gəldi - Nələr baş verir?

16 Dekabr 2017 08:23

Ermənistanın baş naziri Karen Karapetyan Qondarma Dağlıq Qarabağ Respublikasına səfər edib. Bu haqda baş nazirin mətbuat katibi Aram Asatryan məlumat verib.

Şahzadənin toyunun tarixi bəlli oldu

16 Dekabr 2017 07:43

Uzun müddətdir Böyük Britaniya şahzadəsi Harri ilə eşq yaşayan aktrisa Meqan Markl kral sarayına gəlin gedəcəyi tarix məlum olub.  Toy 2018-ci ilin mayın 19-da “Uindsor” sarayında keçiriləcək.

Tramp miqrantları təhqir etdi: – “Ən pisləri ABŞ-a gəlir”

16 Dekabr 2017 07:42

ABŞ prezidenti Donald Tramp daimi yaşayış və iş icazəsini təmin edən “Green Card”ın ləğv edilməsi ilə bağlı növbəti çıxışınım edib. Tramp, “Green Card” lotoreyasının bacarığa əsaslanan yeni sistemlə əvəz edilməsinin vacib olduğunu deyib:

Polkovnik öldürüldü

16 Dekabr 2017 07:25

İran İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan polkovnik Mehdi Qaraməhəmmədi Suriyada öldürülüb. Mehdi Qaraməhəmmədinin Deyr-əz-zor şəhərində suriyalı müxalifətçilərlə toqquşmada öldürüldüyü bildirilir. Polkovikin yas mərasiminin Tehranda təşkil olunacağı, Mazandaran əyalətinin Amul şəhərində dəfn olunacağı qeyd edilir.

ABŞ Şimali Koreya ilə müharibəyə hazırdır

16 Dekabr 2017 07:22

ABŞ Şimali Koreya ilə münaqişənin hərbi yolla həllinə hazırdır. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

Ən sürətli operativ yaddaş dəsti təqdim olunub

15 Dekabr 2017 20:15

“Corsair” şirkəti “DDR4” formatlı dünyanın ən sürətli operativ yaddaş qurğusu dəstini təqdim edib. “CMSX32GX4M4X4000C19” nömrəli modelin hər biri 8 giqabaytlıq 4 “SODIMM” modulundan ibarət olmasına görə ümumi yaddaş tutumu 32 giqabayt təşkil edir. 4 min MHs tezliyində fəaliyyət göstərən yeni model 1,35 Vatt cərəyan gərginliyi ilə işləyir.

Mobil qurğu istifadəçiləri qlobal problemlərin həllində iştirak edə biləcəklər

15 Dekabr 2017 19:54

“SAS” şirkəti tərəfindən istifadəyə verilmiş “GatherIQ” layihəsi avtomatlaşdırılmış analitik vasitələrin köməyi ilə bəşəriyyət qarşısında duran sosial problemləri həll etməyə imkan verəcək. Mobil qurğu istifadəçiləri müvafiq mobil proqramı öz qurğularına quraşdıraraq məlumatları təhlil edə, öz hesabatlarını dərc edə və “GatherIQ” cəmiyyətinin başqa üzvlərinin nəticələrini qiymətləndirə bilərlər. Hazırda sözügedən mobil proqram “iOS” əməliyyat sistemi üçün əlçatandır, “Android” və stasionar qurğular üçün versiyalar üzərində iş aparılır.

Yeni zavod gövdə hüceyrələri yetişdirəcək

15 Dekabr 2017 19:48

Kanada hökuməti gövdə hüceyrələrinin istehsalı üzrə avtomatlaşdırılmış zavodun yaradılmasını nəzərdə tutan layihəni istifadəyə verib. Gövdə hüceyrələrinin yetişdirilməsinin tibb sahəsində bir çox problemləri həll edəcəyi və çoxlu insan həyatını xilas edəcəyi gözlənilir. Layihə “General Electric” şirkəti və Toronto Regenerativ Tibbi Kommersiya Mərkəzi tərəfindən həyata keçiriləcək.