Nəhəng dərman şirkətinin rəhbəri və arvadı evində ölü tapıldı
Dünyanın ən böyük dərman şirkətlərindən olan “Apotex” firmasının qurucusu Barri Şerman həyat yoldaşı ilə birlikdə Torontodakı evində ölü halda tapılıb. Kanadanın ən varlı iş adamlarından olan B.Şermanın ölümü şübhəli olduğu üçün polis dərhal istintaq əməliyyatlarına başlayıb.
16 Dekabr 2017 18:04 DünyaDünyanın ən böyük dərman şirkətlərindən olan "Apotex" firmasının qurucusu Barri Şerman həyat yoldaşı ilə birlikdə Torontodakı evində ölü halda tapılıb.
Kanadanın ən varlı iş adamlarından olan B.Şermanın ölümü şübhəli olduğu üçün polis dərhal istintaq əməliyyatlarına başlayıb.
Cəsədlər analiz üçün tibbi ekspertizaya göndərilib.
Qeyd edək ki, B.Şerman "Apotex" şirkətini 1974-cü ildə qurub. Bu şirkət 11000 işçisi ilə dünyanın ən böyük şirkətləri siyahısında 7-ci yeri tutub. Şirkətin illik dövriyyəsi 2 milyardm Kanada dollarıdır. Publika.az