Qəzaya düşən əri və 5 yaşlı qzı haqda açıqlama verdi

Aktrisa Pınar Altuğ ötən gün avtomobil qəzası keçirən həyat yoldaşı Yağmur Atacan və 5 yaşlı qızı haqda məlumat verib. Aktrisa hər iki ailə üzvünün yaxşı olduğunu bildirib. O, əri və qızının şəklini paylaşaraq yazıb: “Dünən axşam qızım və ərim avtomobil qəzasına düşdü. Çox şükür həm ailəmin, həm də qarşı tərəfin sağlığı yerindədir. Maraqlanan hər kəsə təşəkkür edirəm. Allah bir daha göstərməsin”.

Aktrisa Pınar Altuğ ötən gün avtomobil qəzası keçirən həyat yoldaşı Yağmur Atacan və 5 yaşlı qızı haqda məlumat verib. Aktrisa hər iki ailə üzvünün yaxşı olduğunu bildirib. O, əri və qızının şəklini paylaşaraq yazıb: "Dünən axşam qızım və ərim avtomobil qəzasına düşdü. Çox şükür həm ailəmin, həm də qarşı tərəfin sağlığı yerindədir. Maraqlanan hər kəsə təşəkkür edirəm. Allah bir daha göstərməsin".

Qeyd edək ki, ötən gün aktyor Y.Atacanın idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub. Zərbənin təsirindən Yağmurun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib. Atacan və maşında olan 5 yaşlı qızı xəsarət almasa da, digər sürücü ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Qəzadan sonra açıqlama verən aktyor yoldan neçə dəfə şikayət etdiyini deyib: "Mən 7 ildir ki, burada yaşayıram. Bu yolla bağlı 3 dəfə lazımi qurumlara şikayət etmişəm. Əgər tədbir görməsələr bu yolda daha çox qəza olacaq. İnşaallah, bu bir siqnal olar. Digər sürücü də tez sağalar". Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31