Dünya

6 milyard dollar ödəsə - Buraxacaqlar

24 Dekabr 2017 09:24

Səudiyyə Ərəbistanı rəhbərliyi korrupsiya ittihamı ilə saxlanılan şahzadə Əl-Vəlid bin Taləldən azad olunması üçün 6 milyard dollar tələb edir. Şahzadə korrupsiyaya görə saxlanılan digərləri ilə birgə Ər-Riyadda oteldədir və onun ərazisini tərk edə bilmir. "Wall Street Journal" öz mənbələrinə istinadən yazır ki, hökumət rüşvətxorluqda ittiham olunanlardan oteli tərk etmək hüququ müqabilində müxtəlif məbləğlər tələb edir. Əl-Vəlid bin Taləldən istənilən məbləğ ən böyük məbləğlərdən biridir.

Bəxt üzünə güldü - Lotereyada 47 milyon dollar uddu

24 Dekabr 2017 09:23

Kanadada oynanılan " Atlantic Lottery” lotereyasında 47 milyon dollar sahibini tapıb. Adı açıqlanmayan qalib Kvebek əyalətində yaşayır.

Avstriya kansleri: “Türkiyə Aİ-nin üzvü ola bilməz”

24 Dekabr 2017 09:19

Türkiyə Avropa İttifaqının (Aİ) üzvü ola bilməz. Bunu Avstriyanın yeni kansleri Sebastyan Kurts “Bild am Sonntag” nəşrinə müsahibəsində deyib. “Biz bu ölkədə insan haqları, əsas hüquq və azadlıqların ciddi surətdə pozulması halları ilə üzləşirik. Mən Aİ-nin müşahidələrini qəbul etməyəcək və özümü heç nə baş vermirmiş kimi aparmayacağam”, – deyə Avstriya lideri bildirib.

Sabiq baş nazir  saxlanıldı

24 Dekabr 2017 09:16

Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk Cenevrə hava limanında saxlanılıb. Bu barədə “Facebook” səhifəsində A.Yatsenyukun mətbuat katibi Olqa Lappo bildirib. “Rusiyalı müstəntiqlərin ittihamları cəfəngiyat olsa da, onlar real fəsadlar törədiblər. A.Yatsenyuk Çeçenistanda döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunur”, – deyə

Bazarda partlayış - Xəsarət alanlar var

24 Dekabr 2017 09:14

İspaniyanın Mursiya yaşayış məntəqəsində partlayış baş verib. Butan qazı ilə dolu balon ərzaq bazarında partlayıb. Partlayışın pik saatda baş verdiyi bildirilir.

Antonio Banderas qocalıb tanınmaz hala düşdü

24 Dekabr 2017 09:12

Dünya şöhrətli aktyor Antonio Banderasın son halı hər kəsi təəccübləndirib. Aktyor dünən xanımı Nikole Kimpellə birlikdə İspaniyanın Malaqa şəhərindəki geyim mağazasının açılışında iştirak edib. Ciddi və klassik kostyumu beysbol kepkası ilə birləşdirən 57 yaşlı kino ulduzunun görüntüsü bəzi fanatlarını narahat edib. İki dəfə infarkt keçirən Banderesın arıqlaması, həmçinin qaşları və saçları tökülməsi gözdən yayınmayıb.

"Feysbuk" qaş düzəltmək istədi, göz çıxartdı

24 Dekabr 2017 09:11

"Feysbuk" sosial şəbəkəsinin yalan xəbərlərin yayılmasına qarşı tətbiq etdiyi üsul əks effekt verib. Şirkət yalan xəbərlərin oxunmaması üçün tətbiq etdiyi üsulu ləğv etmək qərarına gəlib. Belə ki, şirkət yalan xəbərlərin istifadəçilər arasında yayılmasının qarşısını almaq üçün mənbəyi məlum olmayan və yalan hesab etdiyi xəbərlərin yanında “mübahisəli” əlavəsini vermişdi. Bununla da yalan xəbər oxumaq istəməyənlərə seçim imkanı yaratmışdı. Lakin bu addım əks reaksiya ilə qarşılanıb. Çünki istifadəçilərin çoxu məhz bu cür yazıları oxumağa başlayıb.

Dünya yenə ayağa qalxacaq - ABŞ-ın Qüdslə bağlı yeni PLANI

23 Dekabr 2017 19:10

ABŞ-ın Qüdslə bağlı yeni bəyanatlar verə biləcəyi barədə məlumatlar var. Bu haqda Fələstinin HƏMAS təşkilatının Siyasi Bürosunun sədri İsmail Hәniyyә Qəzzada təşkil edilən 11-ci Elmi Qüds Konfransında çıxışında deyib. “ABŞ rəhbərliyi İsraili yəhudi dövləti olaraq tanıya, bütün yəhudi məskunlaşma məntəqələrinin Qüdsə aid olduğu və fələstinli qaçqınların geri dönmə haqqının olmadığını açıqlaya bilər. Məlumatlı şəxslərdən bununla bağlı əlimizə çatan informasiyalar var”, - o deyib.

Ukraynada rus kəşfiyyatçısı həbs olunub

23 Dekabr 2017 15:45

 5 ildir Rusiya ilə münasibətləri pozulan Ukrayna dövlətində rus kəşfiyyatçısı aşkarlanıb. Belə ki, Ukraynanın rəsmi tərcüməçisi Stanislav Yezhov rus kəşfiyyatçısı olduğu iddiasıyla həbs olunub. Vətən xaini olaraq ittiham olunan Yezhov baş nazir Vladimir Qroysmanın bir neçə rəsmi ziyarətində tərcüməçilik edib.

Rusiya ilə müharibəyə HAZIRLAŞIN! - ABŞ-dan ŞOK SİQNAL

23 Dekabr 2017 15:43

“ABŞ Ukraynaya silah çatdırmaqla münaqişənin hərbi yolla həlli cəhdinə dəstək göstərir və bu barədə Kiyevə aydın şəkildə siqnal verir”. Bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komitəsinin başçısı Aleksey Puşkov bildirib. “ABŞ Ukraynaya ölümcül silah çatdırmaqla bağlı qərar verərək Kiyevə aydın şəkildə siqnalı ötürür ki, münaqişənin hərbi həlli üzrə cəhdini dəstəkləyəcək. Volker (Ukrayna üzrə ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker –red.) məzuniyyətə gedə bilər”, - komitə başçısı Tvitterdə yazıb.

42 yaşlı qadın 14 il hamilə qaldı

23 Dekabr 2017 15:41

Qüdsdə yaşayan İsrailli bir qadın 20 uşaq dünyaya gətirib. Mütəxəssislər 42 yaşlı qadının həyatının 14 ilini hamilə olaraq keçirdiyini deyiblər. İsrail mediasının yaydığı məlumata görə qadın üçün uşaq dünyaya gətirmək artıq normal hal alıb.

FTB-dən Rza Zərrab üçün xüsusi xətt – ŞOK DETALLAR

23 Dekabr 2017 15:28

Azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ Federal Təhqiqatlar Bürosunun verdiyi korlinks tətbiqi vasitəsilə həbsxanadan hər gün işçilərinə təlimat verdiyi ortaya çıxıb. “Sabah” nəşri xəbər verir ki, bu, İstanbul Respublika Baş Prokurorluğunun Zərrabın həbs olunan işçilərinin telefonlarının araşdırılması nəticəsində məlum olub. Zərrabın köməkçisi olan Sinem Arslanın telefonunun araşdırılması ona hər gün azərbaycanlı iş adamından mesajlar gəldiyini müəyyən edib. Bundan əlavə, o, Zərrabın vəkilləri və antikvarçıları ilə Skayp vasitəsilə danışıb. S. Arslan 2015-ci il dekabrın 12-də Zərrabın yanında işə başladığını bildirib. O, bu tarixdən 3 ay sonra ABŞ-da həbs olunan müdiri ilə korlinks tətbiqi vasitəsilə əlaqə saxladığını etiraf edib.

Erotik səhnələriylə reytinq qıran “Fi-Çi” serialının fanatlarına BƏD XƏBƏR - BİTİR

23 Dekabr 2017 15:19

Azra Kohenin müəllifi olduğu “Fi-Çi-Pi” romanı əsasında çəkilən eyniadlı serial ikinci mövsümdə bitəcək. Bu barədə yazıçı özü məlumat verib. Radio proqramında qonaq olan Azra Kohen erotik səhnələriylə reytinq qıran “Fi-Çi-Pi” serialının 2-ci mövsümdə bitirilməsinə qərar verib. Yazıçı 4 mövsüm davam etməli olan serialın 2-ci mövsümdə bitməsini belə izah edib: "Birinci mövsüm kitabın ilk hissəsiylə bağlı idi, amma ikinci hissədən sonra hər şey dəyişir. Üçüncü hissədən etibarən kitabdakı istinad nöqtələri sabit qalaraq tamamilə başqa hekayə danışırlar.

26 iranlı məhbus ekstradisiya edildi

23 Dekabr 2017 15:16

26 iranlı məhbus Azərbaycandan ekstradisiya olunub. Bunu İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali məhbusların təhvil verilməsi prosesinin Astara sərhəd-keçid məntəqəsində baş tutduğunu bildirib.