Dünya
İnsan əti satılan restoran açıldı
Yaponiyanın paytaxtı Tokio şəhərində tam qanuni əsaslarla fəaliyyət göstərən və müştərilərinə insan ətindən hazırlanmış yeməklər təklif edən restoran açılıb. Restoranın adı da fəaliyyətinə müvafiqdir - "Yeməli qardaş".
2756 nəfər İŞDƏN AZAD EDİLDİ
Türkiyə hökuməti fövqəladə vəziyyət rejimi çərçivəsində hərbi çevriliş cəhdi ilə əlaqəsi olan daha 2756 nəfər dövlət qulluqçusu işdən azad edən qərar qəbul edib.
Misirdə 9 terrorçu məhv edilib
Misirin təhlükəsizlik qüvvələri paytaxt Qahirənin şimalında 9 silahlını məhv ediblər. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Dünyanın ilk rəngsiz qəhvəsi
"Clear Coffee" (Təmiz qəhvə) adlı qəhvə bildiyimiz qəhvələrdən rəngsiz olması ilə seçilir. Su kimi şəffaf görünən qəhvə David və Adam Naqi qardaşları tərəfindən hazırlanıb. Londonda yaşayan, əslən slovakiyalı qardaşlar iddia edirlər ki, "Clear Coffee"-nin ən əhəmiyyətli xüsusiyyəti aşağı kalorili olmasıdır.
13 mindən çox sayt bağlandı - Əxlaqsızlıq təbliğ edilirdi
Ötən 3 il ərzində Çində 13 mindən çox sayt bağlanıb. Çin hakimiyyəti bu saytların bağlanması barədə qərarlarını zorakılıq və pornoqrafiyanın yayılmasına qarşı mübarizə ilə əlaqələndirir.
Bu ölkədə 30 yaşda evlənib, 40 yaşda boşanırlar
Son zamanlar dünyada evlilik yaşı artıb, artıq əvvəlki kimi 20 yaşlarda ailə həyatı qurmurlar. Ailə quranlarla yanaşı boşananlar da xeyli saydadır. Amma Finlandiyada maraqlı bir statistika alınıb. Bu ölkənin sakinləri 30 yaşda evlənib, 40 yaşda boşanırlar. Sanki dəb halını alımış kimi... Amma mütəxəssislər bunun bir təsadüf olduğunu deyirlər.
Kadırova növbəti şok: Sosial media hesablarını blok etdilər
Çeçenistan lideri Ramzan Kadırovun “Facebook” və “İnstagram” hesablarını bağlayıblar. Xarici işlər naziri buna ağır cavab verəcəklərini bildirib. Məlumatlara görə, Kadırovun sosial media hesablarında heç bir texniki problem yoxdur. Onun hesabları qəsdən blok edilib.
Hərbçiləri ildırım vurdu
Kolumbiyanın Popoyan şəhərində hərbi baza ərazisində ildırım vurması nəticəsində 58 hərbçi xəsarət alıb. Hadisə hərbi baza ərazisində təntənəli mərasimə hazırlıq zamanı baş verib.
Əfqanıstanda partlayış: 7 ölü, 3 yaralı
Əfqanıstanın Hilmend əyalətində əldəqayırma partlayıcı qurğu partladılıb. Məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak ölüb, daha 3 nəfər isə yaralanıb. İnsident Marja rayonunda baş verib.
Maduro Braziliya səfirini ölkədən qovdu
Venesuela Müəssislər Məclisi Braziliyanın ölkədəki fövqəladə və səlahiyyətli səfirini arzuolunmaz şəxs elan edilib. Braziliya atılan bu addımı Maduro administrasiyasının avtoritar xarakteri ilə əlaqələndirib və onun dialoqa hazır olmadığını bildirib.
Ay bizi tərk edir: Milyardlarla insanın ölümünə səbəb olacaq - DƏHŞƏTLİ PROQNOZ
Astronomiya sahəsində çalışan mütəxəssislər Ayda partlayış baş verərsə, Yer kürəsinə nə kimi təsir edəcəyini araşdırıblar. Alimlərin fikrincə, Ay partlamasa da, birdən-birə yox ola bilər.
Uludağda 6 itkin
Türkiyədə, Uludağ qış turizm mərkəzində 6 nəfər itkin düşüb. İtkin düşən şəxslərin tapılması üçün Türkiyə hökuməti axtarış və xilasetmə tədbirlərinə start verib. Məlumata görə, Türkiyədə qış turizmin əsas bazası olan Uludağda 6 alpinist Sarialan deyilən ərazidə yoxa çıxıb. Daha sonra onlar polisə zəng edərək onların xilas edilməsini istəyib.
Argentinada dinozavr yumurtaları tapıldı
Argentinanın cənubunda yerləşən Neuken əyalətində dinozavrlara aid yumurtalar aşkar edilib. Yumurtaların 70 milyon il əvvələ aid olduğu bildirilir. Onların içində dinozavrların embrionlarının qalıqları qalıb. Neuken Mədəni İrsinin Mühafizəsi Departamentinin rəhbəri Klaudiya Delya Neqra bildirib ki, alimlər üçün bu tapıntı böyük əhəmiyyət kəsb edir. "Onlar embrionları hərtərəfli tədqiq edirlər və artıq embrional dəri və dişin təhlilini etmək mümkün olub", - deyə o əlavə edib.
Məhkəmə Trampın qadağasını ləğv etdi
ABŞ-da məhkəmə prezident Donald Trampın müsəlman ölkələrdən qaçqınların qəbuluna tətbiq etdiyi qadağanı qismən ləğv edib. Müvafiq qərar Sietl şəhərinin hakimi Ceyms Robart tərəfindən qəbul edilib.
Stüardessa təyyarədən yıxıldı
Moskvanın "Vnukovo" hava limanında Hantı-Mansiysk şəhərinə uçan "Utair" aviaşirkətinə məxsus təyyarənin stüardessası yerə düşüb. Hadisə hava gəmisinin göyərtəsinə yemək qəbulu zamanı baş verib.














