Dünya

Aksiyalar zamanı həlak olanların sayı açıqlandı

14 Yanvar 2018 16:09

İran məhkəmə hakimiyyəti son aksiyalarda ölən və yaralananların sayını açıqlayıb. “Press TV” telekanalı aksiyalar zamanı 25 nəfərin öldüyü, 400 nəfərin saxlanıldığının açıqlandığı barədə məlumat yayıb. Bundan əvvəl aksiyalar zamanı 20 nəfərin öldüyü, 450 nəfərin saxlanıldığı açıqlanmışdı.

Gəminin bütün ekipajı həlak oldu

14 Yanvar 2018 16:04

Cənub-şərqi Çin dənizində qəzaya düşən İrana məxsus neft tankerinin bütün heyəti həlak olub. Bu barədə informasiyanı İran mətbuatı yayıb. Qeyd edək ki, yanvarın 6-da Panama bayrağı altında İrandan Cənubi Koreyaya gedən SANCHİ adlı neft tankeri Çinin şərq sahillərində Honkonqun CF CRİSTAL yük gəmisi ilə toqquşub.

Prezidentin erotik romanı tapıldı

14 Yanvar 2018 16:01

Fransa Prezidenti Emmanuel Makronun erotik romanın müəllifi olduğu üzə çıxıb. O, romanı 16 yaşında olarkən yazıb. Roman o zaman Makronun yenicə tanış olduğu 40 yaşlı qadın müəllimi, gələcək həyat yoldaşı Bricit ilə münasibətləri haqqında olub.

Ermənilər ayağa qalxır: Sərkisyan sözünü tutmadı...

14 Yanvar 2018 12:54

Ermənistanda seçkiqabağı vəziyyət kifayət qədər mürəkkəbdir. Bu sözləri politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, bir tərəfdən Sərkisyan verdiyi vədləri yerinə yetirməyib, yəni qondarma respublikadakı referendum heç bir dövlət tərəfindən tanınmayıb, digər tərəfdən isə Surix protokolları faktiki olaraq puça çıxıb:

Məni zorla mətbuat katibi etdilər - Zaxarova

14 Yanvar 2018 12:52

Mən çinşünas olmaq istəyirdim. Bunu “Mir” televiziyasına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

Makron Netanyahu ilə danışdı: Razılaşmaya əməl et

14 Yanvar 2018 12:50

İsrail “altılıq” ölkələrinin İranla imzalanan nüvə razılaşmasına əməl etməlidir. Bunu Fransa Prezidenti Emmanuel Makron İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı söyləyib. Telefon danışığı zamanı tərəflər həmçinin İranın regional və ballistik raket fəaliyyətləri ilə bağlı eyni mövqedə olduğu bildirilib.

Rusiyada qar uçqunu: Ölənlər var

14 Yanvar 2018 12:47

Rusiyanın Xakasiya Respublikasının Orconikidze rayonunda baş vermiş qar uçqunu nəticəsində 2 nəfər ölüb. Bu barədə məlumatı bazar günü Fövqəladə Hallar Nazirliyinin Xakasiya üzrə regional idarəsi yayıb.

Murad Boz Bakıdakı toy üçün 400 min dollar alıb - Türk mediası

14 Yanvar 2018 12:45

Türkiyə mediası Murad Bozun Bakıda qatıldığı toydan yazıb.  Xəbərdə bildirilib ki, ən çox qazanan məşhurlardan olan Boz azərbaycanlı iş adamlarının da diqqətini çəkib. 

Qazaxıstanda biznesmenin avtomobili partladıldı

14 Yanvar 2018 12:43

Qazaxıstanda iş adamına sui-qəsd cəhdi olub, şəxsi minik avtomobili partladılıb. Hadisə yanvarın 13-də Almata vilayətinin Yenbekşikazax rayonunun Aşısay kəndində baş verib.

Afrika ölkələri Trampın üzr istəməsini tələb edirlər: DƏRHAL

14 Yanvar 2018 12:38

ABŞ prezidenti Donald Trampın son bəyanatları Afrika ölkələrində ciddi etirazlara səbəb olub.  Ağ Evdə keçirilən müşavirədə Donald Tramp Haiti, Salvador və bir sıra Afrika ölkələrini "murdar" adlandırıb.

Şon Penn Trampı "bəşəriyyətin düşməni" adlandırdı

14 Yanvar 2018 10:57

Məşhur aktyor Şon Penn “Time” nəşri üçün yazdığı məqalədə ABŞ prezidenti Donald Trampı “bəşəriyyətin düşməni” adlandırıb. O bunu Amerika liderinin miqrantların gəldiyi ölkələri “çirkin ucqarlar” adlandırmasından sonra yazıb.

"Telegram"a girişə məhdudiyyət aradan qaldırıldı

14 Yanvar 2018 10:56

İran hakimiyyəti “Telegram”a girişə məhdudiyyəti aradan qaldırıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Hazırda İran sakinləri yenidən “Telegram” messencerindən istifadə edir.