ABŞ-da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb
14 Yanvar 2018 11:46 DünyaABŞ-ın Kaliforniya ştatının cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, hələ də 5 nəfər itkin düşmüş sayılır.
Qeyd edək ki, torpaq sürüşməsi ilə bağlı xilasetmə əməliyyatları 2 minə qədər xilasedicinin iştirakı ilə 5 gündür ki, davam edir. Hidrometeoroloqlar gələn həftə Kaliforniya ştatının cənubunda yeni yağışların gözlənildiyini və bunun da növbəti torpaq sürüşmələrinə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31