Dünya
Yaponiyadan ABŞ-a TƏLƏB: hərbi vertolyotların uçuşunu dayandır!
Yaponiyanın Müdafiə Nazirliyi ABŞ hərbi komandanlığından AH-1 vertolyotlarının uçuşuna qadağa qoymağı tələb edib. Bu tələb yanvarın 23-də hərni helikopterin Okinava prefekturasının ərazisinə təcili eniş etməsi ilə bağlı insidentdən sonra irəli sürülüb.
Qazaxıstanın qərbində 2500 illik döyüşçü qəbri tapılıb
Qazaxıstanın qərbində, Uralsk yaxınlığında 2500 illik türk döyüşçünün məzarı tapılıb. Qəbirdə çox incə şəkildə işlənmiş gözəl zinət əşyaları, bürünc oxlar, qılınc, nizə də aşkarlanıb. Türk adətlərinə görə cəngavər atı ilə bərabər dəfn edilib.Tapılan tarixi əşyalar tədqiqat üçün Astanaya aparılıb. Burada alimlər dəfn edilən döyüşçü ilə əlaqədar daha dəqiq məlumat əldə etməyə çalışacaqlar.
Tramp Davdosda İŞİD-lə mübarizədən danışacaq
ABŞ prezidenti Donald Tramp Davosda keçirilən "Dünya İqtisadi Forum"unda bir sıra məsələləri müzakirə edəcək. Bu barədə mətbuata ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster məlumat verib. O bildirib ki, forum çərçivəsində Şimali Koreya, İran və terrorla mübarizə məsələləri müzakirə ediləcək: "Prezident Tramp Davosda Koreya yarımadası məsələsini müzakirə etdikdən sonra, bəzi milli təhlükəsizlik məsələlərinə də aydınlıq gətirəcək. Terrorla mübarizə mövzusunda ABŞ-ın İŞİD ilə mübarizə koalisiyası haqqında da danışılacaq".
Türkiyənin Afrin hücumunun səbəbi - İrandan açıqlama
Türkiyə bəzi məsələlərdə ABŞ-ın strategiyasına uyğun hərəkət edir. Bu iddianı İranın Ali dini lideri Əli Xameneinin hərbi müşaviri Yəhya Səfəvi irəli sürüb. “Türklər bəzi məsələlərdə ABŞ-la razılaşıblar və onun strategiyasına uyğun hərəkət edirlər.
YPG hücuma keçdi: türk əsgəri məhv etdi
YPG terror təşkilatının üzvləri Afrində türk ordusunun olduğu mövqelərə basqın etmək istəyib. Terrorçuların əməliyyatından xəbər tutan türk əsgəri dərhal cavab verərək 8 terrorçunu zərərsizləşdirib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Afrində YPG-çilərə qarşı hava və quru əməliyyatlarının davam etdiyini açıqlayıb.
Türkiyə Afrinə ABŞ-ın gizli razılığı ilə girib? - Politoloq
Türkiyə və Rusiyanın arasını vurmaq istəyən qüvvələr var. Görünür, yenə də bu iki dövlətin üz-üzə qalması üçün çalışan qüvvələr öz fəaliyyətlərini davam etdirirlər. Bu sözləri İlqar Vəlizadə rusiyalı politoloq Qriqori Trofimçukun Türkiyə ilə ABŞ arasında Suriyada keçirilən əməliyyatlarla bağlı elan edilməmiş razılaşmanın olduğuna dair fikirlərinə münasibət bildirərkən deyib. O, Trofimçukun bu fikirləri ilə razılaşmadığını qeyd edib:
Afrin əməliyyatı: ermənilərdən Türkiyəyə zərbə
Türkiyə Azad Suriya Ordusunun iştirakı ilə Suriyanın Afrin şəhərində YPG terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyata başlayıb. Ordu artıq Afrində terrorçulara sarsıdıcı zərbələr endirib.
Davos Forumu başladı - nəhəng şirkətlərin qatıldığı tədbir haqda bilmədiklərimiz
Yanvarın 23-də Davos Forumu işə başlayıb. “Yeni Müsavat” dünyanın qəlbinin döyündüyü tədbir barədə dosye xarakterli məlumatları toplayıb. BBC-nin məlumatına görə, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir qrupdan, hər il 2.500 iştirakçının qatıldığı nəhəng təşkilata çevrilib. Bunların 1000 nəfərindən çoxu böyük şirkətlərin direktorları, 40-dan çoxu dövlət başçılarıdır.
“Zeytun budağı” əməliyyatında 8 terrorçu məhv edildi
Rusiyanın daxili dövlət borcu 7 trilyonu keçdi
Rusiyanın daxili dövlət borcu 7,247 trilyon rublu keçib. Bu barədə informasiyanı RBK televiziyası yayıb. Təkcə son bir il ərzində Rusiyanın daxili dövlət borcunun 19% artdığı bildirilir. Bu isə 1 trilyon rubl deməkdir.
Nazarbayevin ABŞ səfərinin sirri: milyardlar xilas edildi
Amsterdam Dairə Məhkəməsi Qazaxıstanın 22 milyard dollarlıq Milli Fondunun üzərindən həbsin götürülməsi barədə qərar qəbul edib. Bu barədə informasiyanı Qazaxıstan Ədliyyə Nazirliyi yayıb.
Türkiyə hücumu: “Böyük İsrail” və Sevr məhv edildi –General
“Böyük İsrail” layihəsi artıq masadan qalxmışdır.Bu sözləri türkiyəli general İhsan Başbozkurd “Zeytun budağı” əməliyyatını dəyərləndirərkən deyib.
İrəvanda döyüş hazırlığı: Dəhşətli 8 gün
Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si saat 12:00-da keçiriləcəyini açıqlayıb. Bu açıqlamanın verildiyi gün Ermənistan Prezidenti Serj Sərkisyan Fransaya səfərə getdi. Sərkisyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdü. Aprelin 9-da prezident səlahiyyətlərini təhvil verəcək Sərkisyanın Fransa səfəri təsadüfi deyil.
Hadisənin klipi qadağan olundu
Türk müğənnisi Hadisə meneceri olan bacısı ilə qalmaqal yaşayıb. Olaylar.az bildirir ki, Məlum olub ki, Hadisənin “Sıfır Tolerans” klipi Britni Spirsin "Everytime" mahnısına çəkilən klipinin plagiatıdır. Türkiyənin Radio və Televiziya Şurası tərəfindən qadağan olunmuş klipi isə müğənninin bacısı Hülya Açıkgöz çəkib.













