Dünya
Türkiyə bu məsələdə Avropaya boyun əyməyəcək – Şərh
Bəzi məsələlərdə Avropa Birliyi ilə Türkiyə arasında ciddi fikir ayrılığı qalmaqdadır. Bu sözləri Türkiyə ilə Avropa Birliyi arasında keçiriləcək sammiti şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Türkiyə üçün Avropa Birliyi ilə danışıqların gündəliyində yalnız üzvlük məsələsinin müzakirəsi ön planda durur: “Ankaranı hazırda başqa formulalar maraqlandırmır. Ümumiyyətlə, bu, çox ciddi məsələdir.
ABŞ generalından şok: YPG-ni qorumaq üçün burdayıq
ABŞ əsgərləri türk ordusunun 1.5 kilometrliyində, Menbiçlə “Fərat qalxanı”nın birləşdiyi ərazidə PKK terrorçuları ilə birlikdə keşik çəkir. ABŞ ordusunun yüksək rütbəli zabiti general Pol Funkın Menbiçə səfəri və burada PYD/YPG terrorçuları ilə çəkilmiş fotoları qardaş ölkədə böyük rezonans doğurub.
Həkim narkozlu qadına təcavüz etdi - FOTO
Rusiya ən güclü qırıcısının sınaqlarına başlayır
Rusiya özünün beşinci nəsil Su-57 təyyarələrinin döyüş sınaqlarına başlayır. Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov söyləyib. Onun sözlərin görə, bu təyyarənin dövlət sınağının birinci mərhələsi artıq başa çatıb. O, tezliklə, 12 Su-57 təyyarəsinin sifariş ediləcəyini, bunlardan ikisinin 2019-cu ildə ordunun tabeliyinə veriləcəyini bildirib.
Bu silkələnmə Rusiyanı dağıdacaq – Rabinoviç
“Kreml hesabatı” onu göstərir ki, Rusiya 2014-cü ildən bu yana bütün dünya üçün zərərli ölkə statusu daşıyır və bu, gələcəkdə onu məhv edə bilər. Bu sözlər rusiyalı iqtisadçı Slava Rabinoviçin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, bu sənəd “Damokl qılıncı” kimi bütün rusiyalı iş adamlarının başı üzərində asılıb: “İndiki halda bütün xarici investorlar, maliyyə müəssisələri, bank və ya şirkətlər rusiyalılarla əməkdaşlıqlarına şübhə ilə yanaşırlar.
Qarabağda erməni əsgər məhv edildi
İşğal altında olan Azərbaycan ərazilərində erməni əsgər ölüb. Məlumata görə, fevralın 7-də Dağlıq Qarabağda döyüş postlarından birində atəşkəs rejimini pozan 1998-ci il təvəllüdlü Ayk Kalantaryan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib.
Bir otaqda oturub, dünyanı silkələyən adam - Assancın son durumu
Şahzadənin toyu təxirə salındı - FOTO
Yaponiya imperator sarayı idarəsi şahzadə Akişinonun qızı şahzadə Makonun Key Komuro ilə nikahının təxirə salındığını elan edib. Onların toyunun cari ilin noyabrında keçirilməsi planlaşdırılmışdı. Fevralın 7-də təşkil edilən mətbuat konfransında bu barədə məlumat verən saray idarəsinin nümayəndəsi Takaharu Kati bunun bir sıra səbəblərinin olduğunu bildirib.
40 yaşayış məntəqəsi azad edildi - "Zeytun budağı" çərçivəsində
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub. Həmçinin 12 adsız strateji yüksəklik ələ keçirilib.
Rusiyada kömür mədənində uçqun: ölən və yaralanan var
Rusiyanın Kemerovo vilayətində kömür mədənində uçqun baş verib. Hadisə “Osinnikovskaya” mədənində qeydə alınıb.
Bred Pitt qəza törətdi
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Bred Pitt qəza törədib. Olay ABŞ-ın Los-Anceles şəhərində yaşanıb. 54 yaşlı Bred Pitt şəhərin mərkəzi küçələrindən birində Tesla avtomobilinin sükanı arxasında olarkən işıqforun siqnalından sonra gərəkdiyindən artıq sürətlə hərəkət edib. Nəticədə onun avtomobili qarşıdakı Nissan Altima-ya, Nissan da öndəki Kia Soul-a dəyib.
2 türk əsgəri şəhid oldu
Fevralın 7-də Suriyanın Afrin bölgəsində terrorçuların nəzarətindəki ərazilərdən türk hərbçilərinin atəşə tutulması nəticəsində 2 əsgər şəhid olub. Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Alişan sevgililərinə eyni hədiyyə aldı
Nazir müavininin mənzildə meyiti tapıldı
Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şışmaryova mənzilində ölmüş vəziyyətdə aşkar edilib. O, bir neçə gün əvvəl fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli sayılıb və bu səbəbdən ev dustaqlığında saxlanılırdı.
Kimya zavodunda partlayış
İtaliyanın Komo əyalətində sənaye tullantıları emalı zavodunda partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.














