2 türk əsgəri şəhid oldu
Fevralın 7-də Suriyanın Afrin bölgəsində terrorçuların nəzarətindəki ərazilərdən türk hərbçilərinin atəşə tutulması nəticəsində 2 əsgər şəhid olub. Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
8 Fevral 2018 09:49 DünyaFevralın 7-də Suriyanın Afrin bölgəsində terrorçuların nəzarətindəki ərazilərdən türk hərbçilərinin atəşə tutulması nəticəsində 2 əsgər şəhid olub. Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.