Dünya

Filmdəki rolu gerçək oldu - Acun "Survivor"a çağırdı

8 Fevral 2018 12:56

Aktyor Şahan Gökbakarın "Recep İvedik 4" filmində rol alan aktrisa Gamze Aksu "Survivor"a qatılıb. Adıçəkilən filmdə də "Survivor" iştirakçısı obrazını canlandıran aktrisanın rolu gerçək olub. Aparıcı-prodüser Acun İlıcalı Qamzeni "Könüllülər" komandasına daxil edib.

Moskvada erməni oliqarx həbs edildi

8 Fevral 2018 12:48

Moskvada erməni əsilli biznesmen, Donbas Sənaye İttifaqının rəhbəri Oleq Mkrtıçyan həbs edilib. Rusiya mediası onun “Vneşekonombank”ın Donbas Sənaye İttifaqı üçün ayırdığı vəsaitləri mənimsəməkdə ittiham olunduğunu yazıb. 

Elon Maskın Teslası Marsın orbitindən çıxdı 

8 Fevral 2018 12:48

SpaceX-in “Falcon Heavy” raketinin üst hissəsində daşıdığı Tesla Roadster avtomobili Günəş sistemində planlaşdırılan hədəfdən xeyli uzağa gedir. Avtomobilin Günəş ətrafında, onu Mars orbitinin yaxınlarındakı bir yerə tərəf götürəcək orbitə oturdulması planlaşdırılırdı. Ancaq avtomobili daşıyan raket həmin orbitdən yan keçdi və Teslanı Marsla Yupiter arasındakı asteroid hövzəsinə doğru aparacaq orbitə yerləşdirdi.

Qəddafinin anasının məzarı partladıldı

8 Fevral 2018 12:44

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin anasının məzarı partladılıb. Bu barədə "Əl-Vasat" informasiya portalı məlumat verib. Siirtin 40 kilometr qərbindəki Aişə Qəddafinin məzarı naməlum hərbçilər tərəfindən hücuma məruz qalıb və dağıdılıb. TASS qeyd edir ki, Qəddafi 2011-ci ildə qətlə yetirildikdən sonra onun qohumlarının da məzarları məhv edilmişdir. Polkovnikin özü gizli olaraq Liviya çölündə dəfn edilib.

NASA yeni sualtı qayıq yaradır

8 Fevral 2018 12:43

NASA mütəxəssisləri Vaşinqton Universitetinin alimləri ilə birgə Titanda karbohidrogen ehtiyatlarının axtarışı üçün yeni bir sualtı qayıq hazırlayacaqlar. Sualtı qayıq 20 ilədək Saturnun peykinə buraxılacaq. Bu Phys.org saytında bildirilib.

Əsəddən GÖZLƏNİLMƏZ ADDIM

8 Fevral 2018 12:35

Suriyada PKK terror təşkilatının qanadı PYD Əsəd ordusunun hücumuna uğrayıb. Hücum zamanı PYD-nin qərargahında olan amerikalı əsgərlər də Suriya ordusu ilə vuruşub. 

Gözləri olmayan NAMƏLUM VARLIQ tapıldı - FOTOLAR

8 Fevral 2018 12:33

Avstraliyanın Kuinslend ştatında dəniz kənarında qeyri-adi məxluq tapılıb. Ştat sakinləri tərəfindən tapılan naməlum məxluqun gözlərinin olmadığı deyilib. Sahildə iti ilə gəzən Şerri Simpson deyir ki, qumun üzərində gördüyü məxluqu əvvəlcə ağac parçası zənn edib.

Bredd Pitt və Ancelina Coli boşanmayıblar

8 Fevral 2018 12:17

Məşhur aktyorlar, Hollivud ulduzları Bredd Pitt və Ancelina Coli hələ də boşanmayıblar. 42 yaşlı A.Colinin boşanma ərizəsi ilə məhkəməyə müraciət etməsindən artıq ilyarım keçir. Ərizə 2016-cı ilin sentyabrında verilsə də, boşanmanın şərtləri ilə bağlı proses davam edir. 53 yaşlı Bred Pitt və xanımı ötən ilin sonlarında məhkəməyə müraciət edərək prosesin uzadılmasını istəyiblər. "Onlar hər şeyin normal olmasını istəyirlər. Bredlə Ancelina ailə dəyərlərinə çox üstünlük verirlər. Asan deyil, amma onlar razılaşıblar ki, baş verənlərin geniş kütləyə heç bir dəxli yoxdur", - ailəyə yaxın mənbə deyib.

Türkiyədə hakim partiya üzvünün maşını qəzaya uğradı: yaralılar var

8 Fevral 2018 12:14

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə heyətinin üzvü Zeynəb Alkışın avtomobili qəzaya uğrayıb. Hadisə Şanlıurfa vilayətində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi nəticəsində Z.Alkış və ailə üzvləri xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta qiymətləndirilir.

Ərdoğanla Putin razılaşdı: İstanbulda Zirvə...

8 Fevral 2018 12:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Liderlər Afrin və İdlib məsələlərini müzakirə edib.

Trampın saçlarının SİRRİ AÇILDI - VİDEO

8 Fevral 2018 11:53

ABŞ prezidenti Donald Trampın Floridaya səfəri zamanı hava limanında çətin anlar yaşaması dünya mətbuatının gündəmini zəbt edib. Sosial şəbəkələrdə Donald Trampın saçı müzakirələrə səbəb olub. Belə ki, küləkli hava şəraiti ucbatından, təyyarəyə qalxan Trampın saçları dalğalanıb və başının bir hissəsində saçın olmadığı ortaya çıxıb. Sözügedən görüntülər isə jurnalist Eşli Faynberq tərəfindən çəkilib.

Putin seçki günü Krıma gedəcək - Gözlənilməz addım

8 Fevral 2018 11:42

Rusiya Prezidenti Vladimir Putin prezident seçkisi zamanı səsini Moskvada yox, Sevastopolda verəcək. Bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Bu addımın Krımda seçki fəallığı ilə bağlı problemin qarşısını almaq üçün atıldığı bildirilir.

Türkiyə Rusiya ilə birgə ABŞ-a qarşı plan hazırlayır

8 Fevral 2018 11:40

Rusiya, İran və Türkiyə tərəfindən ABŞ-ın maraqlarına uyğun olmayan yeni bir plan qurulur. ABŞ-ın atacağı hər bir addım isə sözügedən ölkələrin yaratmaq istədiyi planı pozmağa yönəlik olacaq. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Suriyada başqa hesabları olduğu istiqamətindəki mesajını dəyərləndirən AKP-çi Məhməd Mətinər deyib.