Dünya

Tillersona böyük şok - Kanallar canlı yayımladı

15 Fevral 2018 18:40

Türkiyə səfərindən əvvəl Livanda keçirilən görüşlər zamanı ABŞ Dövlət katibi Reks Tillerson gözlənilməz hadisə ilə rastlaşıb.

ABŞ-dan Türkiyəyə şok təklif: YPG PKK-ya qarşı vuruşsun

15 Fevral 2018 18:35

PKK terror qruplaşmasına qarşı mübarizədə PYD və YPG-dən istifadə edilə bilər.  ABŞ-ın Müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Nurəddin Canikli ilə görüşü zamanı bu təkliflə çıxış edib. Görüş zamanı Mettisə PYD-YPG-nin PKK-nın qolu olduğu və bunun hətta MKİ hesabatında da göstərildiyi bildirilib. Mettis isə öz növbəsində Canikliyə PYD-YPG-nin PKK-dan ayrılaraq, ona qarşı döyüşlərdə iştirak edə biləcəyini deyib.

Rusiya təhdidi: Avropa sürətlə silahlanır

15 Fevral 2018 18:30

Avropa dövlətləri Rusiyaya qarşı müdafiəni gücləndirmək üçün öz hərbi xərclərini artırmalıdırlar. Bunu jurnalistlərə açıqlamasında Britaniyanın Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Con Çipman söyləyib. Onun sözlərinə görə, Rusiya Şərqi və Şimali Avropada təhlükəsizlik üçün təhdiddir:

Zaxarova: “Qarabağ münaqişəsinin həllini tapacağına ümid edirik”

15 Fevral 2018 18:06

“Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına ümidi var". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini necə görməsi ilə bağlı suala cavabında bildirib. 

Ermənistanda dəhşətli intihar hadisəsi olub

15 Fevral 2018 17:39

İrəvanda 37 yaşlı qadın doqquz yaşlı qızı ilə birgə körpüdən özünü aşağı atıb. Məlumata görə, qadınla uşağın cəsədi körpünün altındakı dərədən çıxarılaraq morqa təhvil verilib.

“Taliban”dan ABŞ-a TARİXİ MƏKTUB

15 Fevral 2018 16:53

Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq məktubu dərc edib.  Hərəkat koalisiya qoşunlarının Əfqanıstandan çıxarılması və trilyonlarla dollara başa gələn çoxillik münaqişəyə son qoymaq üçün “Amerika xalqı”nı və “sülhsevər Konqres üzvləri”ni Donald Tramp administrasiyasını sülh danışıqlarına getməyə inandırmağa çağırıb.

Meksikada qeyri-adi olay

15 Fevral 2018 16:32

Meksikada qeyri-adi olay olub. Məlumata görə, 54 delfin özünü sahilə atıb. Onlardan 33-ü xilas edilib, digər 21 delfin ölüb. Mütəxəssislər qeyd edirlər ki, onlar digər delfin növlərinin təzyiqi ilə sahilə çıxıblar.

50 nəfəri xilas edən sürücünün faciəli sonu

15 Fevral 2018 16:29

İki mərtəbəli avtobus sürücüsü Tailandın şimalındakı dağ yolunda yanan avtobusdan 50 sərnişini xilas edib, lakin o, avtobusu saxlamağa çalışarkən özü də ölüb.

Yenə təhlükə, yenə rus təyyarəsi

15 Fevral 2018 16:30

Rusiyanın Blaqoveşensk şəhərindən Yakutustanın paytaxtı Yakustk şəhərinə uçan Yakutiya Hava Yollarına aid AN-24 sərnişin təyyarəsi havaya qalxdıqdan az zaman sonra Blaqoveşensk havalimanına texniki nasazlıq problemi ilə məcburi olaraq geri dönüb. Havada təyyarənin iki mühərrikindən birinin dayandığı bildirilir.

Erməni ekspertdən ŞOK ÇAĞIRIŞ

15 Fevral 2018 16:23

“Ermənistan PYD/YPG-yə Türkiyə ilə müharibədə dəstək verməlidir”. Bu barədə Rusiyanın erməni əsilli hərbi eksperti Semyon Baqdasarov deyib. Moskva-İrəvan canlı konfransında çıxış edən Baqdasarov Türkiyənin “tarixi düşmənimiz” olduğunu bildirib. “Oturmamalı, ortaq tarixi düşmənimiz Türkiyəyə qarşı güclərimizi səfərbər etməliyik.

Qızın atasıyla qarşılaşdı- Özünü pəncərədən atdı

15 Fevral 2018 16:21

Ötən gün Türkiyənin Düzce bölgəsində maraqlı hadisə yaşanıb. Belə ki, oğlan 14 fevralda sevgilisinə hədiyyə vermək üçün pəncərədən qızın otağına daxil olub. Lakin 19 yaşlı gənc, qarşısında qızın atasını görən kimi pəncərədən tullanıb. Yaralanan oğlanı tutan ata onu polisə təslim edib.

Son təyyarə qəzası Rusiya mülki aviasiyasının etibarını yerlə bir edib

15 Fevral 2018 16:12

Rusiyanın təyyarələri tərəfindən sərnişin daşınması Avropada ən təhlükəli sahələrdən biri hesab olunur. Odur ki, Rusiya futbol üzrə dünya çempionatında fanatları ölkəyə gətirmək istəyirsə xarici ekspertlərin köməyindən istifadə etməlidir. 

ABŞ-dan Türkiyəyə skandal TƏKLİF

15 Fevral 2018 16:09

Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-ın Müdafiə naziri Ceyms Mettislə Brüsseldə keçirdiyi görüşdən sonra amerikalı həmkarıın skandal təklifi barədə danışıb. Türkiyəli nazirin sözlərinə görə, Pentaqon rəhbəri YPG-ni PKK terror təşkilatına qarşı döyüşdürə biləcəklərini deyib.

Elmdə yeni xilasedici ixtira xərçəngi öldürən virus

15 Fevral 2018 16:00

Amerikan tibb alimləri xərçəngi öldürən Pexa-Vec virusunu tapıblar. Yeni ixtira San-Frasnisiko Universitetinin alimləri tərərfindən icad olunub. Genetik olaraq modifikasiya edilən virus inək qızdırması virusunun modifikasiya edilmiş bir növüdür . Virusa qoruyucu peptid molekulu kodlayan gen əlavə edilib timidin kinaza geni isə ayrılıb və xərçəng hüceyrələri bu şəkildə başqa sağlam hüceyrələrdən təcrid edilib. İlk olaraq yeni virus siçanlarda uğurla təcrübədən keçib.

Suriyada silah anbarında partlayış olub, Rusiyanın 15 muzdlu döyüşçücü ölüb

15 Fevral 2018 15:54

Suriyada silah-sursat anbarının partlaması nəticəsində Rusiyanın 15 muzdlu döyüşçüsü ölüb. Hadisə Deyr-əz-Zor əyalətinin şimal-şərqində yerləşən Tabii Caziredə baş verib. Qəzet yazıb ki, rusiyalı muzdlu döyüşçülər Bəşər Əsədə sadiq qoşunların ölkənin neft və təbii qaz yataqları istiqamətində hərkətinin müşaiyət edirmişlər. Qoşunlar həmin əraziyə çatdıqdan sonra silah anbarında partlayış olub.