Dünya

Bosforda maraqlı qarşılaşma

15 Fevral 2018 15:30

Ötən axşam İstanbul Boğazında gərgin anlar yaşanıb. Belə ki, Qara  dənizdən Mərmərə dənizinə keçən İngilis Krallıq Hərbi Dəniz Donanmasının HMS Enterparayz radio kəşfiyyat gəmisi Qara dəniz istiqamətindən Mərmərə dənizi istiqamətinə hərəkət edən Rusiya Qara Dəniz Hərbi Donanmasına aid KIZIL-60 yük gəmisi ilə boğazda qarşılaşıblar və hər iki gəmi çox təhlükəli yaxınlıqdan təxmini 20-30 metr məsafədən keçiblər. Olayın şahidləri və Britaniya Hərbi Dəniz Qüvvələri hadisəni təsdiqləyiblər.

ABŞ-dan Ermənistana rus silahları ilə bağlı SƏRT XƏBƏRDARLIQ: Qarabağda...

15 Fevral 2018 15:11

ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda xəbərdarlıq edib. Bu barədə “Aykakan Jamanak” qəzetinə ABŞ-ın İrəvandakı səfirliyindən məlumat verilib. Məlumata görə, Vaşinqton İrəvana bu məsələ ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb.

AYRILIRLAR…

15 Fevral 2018 15:04

Türkiyəli müğənni Mustafa Sandal və müğənni həyat yoldaşı Eminə Sandal ayrılırlar. Olaylar.z bildirir ki, bu haqda xəbəri sənətçi Seren Serengil öz proqramında açıqlayıb. Seren Mustafa ilə telefonda danışdığını, cütlüyün iki həftədən sonra boşanacağını bildirib.

Rusiyada “YouTube” çökdü

15 Fevral 2018 14:57

Rusiyada "YouTube" videoportalının fəaliyyətində qüsurlar yarandığı barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə bir çox rusiyalı istifadəçi portalda videoların işə düşmədiyini bildirib. Bu qüsurların fevralın 14-ü səhər saatlarından başladığı məlum olub. Bununla belə, bu gün də "YouTube" videoları Rusiya ərazisində açılmır.

Vaşinqtondan Kremlə qarşı YENİ QARABAĞ PLANI

15 Fevral 2018 14:56

“ABŞ-ın Moskvaya qarşı sanksiyaları Azərbaycan və Ermənistanın Rusiyadan silah almasını azalda bilər”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felgenhauer Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ-ın bu planı baş tutarsa, Dağlıq Qarabağ cəbhəsində hərbiləşmə də azalacaq: “Lakin bu tərəflərin münaqişənin nizama salınmasına nail olacağı demək deyil. Mümkündür ki, ABŞ Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aktivləşəcək və yeni həll planları hazırlayacaq”.

Boşanmaq istəyən arvadını iş yerində güllələdi, sonra qızı və özünü vurdu - VİDEO 

15 Fevral 2018 14:44

Türkiyənin Denizli şəhərinin Sarayköy qəsəbəsində, boşanma ərəfəsində olduğu arvadı Ayşe Şahinin işlətdiyi mağazaya gedən Oktay Şahin düşən mübahisə sonrası tüfənglə ona və qızı Nurdan Şahinə (15) atəş açıb.

NATO ölkələri “hərbi Şengen” yaradır

15 Fevral 2018 14:34

NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər.  Məlumata görə, bu barədə "RİA Novosti" Brüsseldəki hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən toplantıda razılaşdırıblar.

Rus general İrəvana gəldi: hərbi bazada yoxlama

15 Fevral 2018 14:25

Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin rəhbəri general-polkovnik Aleksandr Dvornikov Ermənistana gəlib. Bu barədə informasiyanı Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb. Dvornikov Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında yoxlamalar aparıb. O, həmçinin, Erebunidəki rus bazasında da olub və rus pilotların döyüş növbətçiliyini yoxlayıb.

Məşhur cütlük  evlilik yolunda

15 Fevral 2018 14:01

Məşhur türkiyəli müğənni və aktrisa ailə arasında nişanlandıqlarını açıqlayıblar. Olaylar.az bildirir ki, müğənni Can Bonomo və aktrisa Öykü Karayel artıq münasibətlərini rəsmiləşdiriblər. Venesiyada keçirdikləri yeni il tətilində Can Bonomo aktrisaya evlənmə təklif edib. Cütlüyün iyun ayında toyu baş tutacaq.

Əsgərin 14 fevralda sevgilisinə yazdığı məktub - OXUYANLARI KÖVRƏLTDİ 

15 Fevral 2018 13:25

Əsgərin “Sevgililər günü”ndə nişanlısına yazdığı məktub hər kəsi kövrəldib. Türkiyə mediası Şırnakda PKK terror qrupluşmasına qarşı mübarizə aparan türk əsgərlərindən birinin “Sevgililər günü”ndə nişanlısına yazmış olduğu məktubu ortaya çıxarıb. Çavuş Hakan Ulduz yazmış olduğu məktubda bu sözlərə yer verib: "Sevdiyim, nişanlım. Bu sətirləri sənə vətən torpağını qoruyarkən yazıram.

Məşhur cütlük AYRILIRMI?

15 Fevral 2018 13:06

Məşhur türkiyəli cütlük Neslihan Atagül və Kadir Doğulunun evliliklərində qara buludların dolaşdığı bildirilir. Olaylar.az türk mətbuatına istinadən bildirir ki, ötən gün sevgililər günündə cütlüklər sosial şəbəkə hesabından heç bir paylaşım etməmələri diqqət çəkib.

Belçikada xoruz və toyuqları tuturlar - Yatmağa mane olurlar

15 Fevral 2018 12:41

Belçikanın Muskron şəhərində yaşayış evlərinin yaxınlığında məskunlaşmış xoruz və toyuqların tutulmasına başlanılıb. Məlumata görə, bələdiyyə bu addımı şəhər sakinlərinin tələbindən sonra atıb.

Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" - 3 dəfə dövrə vur, ərə get

15 Fevral 2018 12:34

Almaniyanın Eutin şəhərinin yaxınlığındakı meşədə olan 500 yaşlı ağac minlərlə cütlüyün sevgili olmasına və 100-dən çox cütlüyün ailə qurmasına səbəb olub.

Rusiyanın Britaniyaya hücumu: Rus hərbçiləri...

15 Fevral 2018 12:26

Böyük Britaniya Rusiyanı “NotPetya” virusundan istifadə etməklə kiberhücumda ittiham edib. Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib. “Britaniya hökuməti hesab edir ki, 2017-ci ilin iyununda “NotPetya” virusundan istifadə edilərək törədilən dağıdıcı hücuma görə Rusiya hakimiyyəti, o cümlədən rus hərbçiləri cavabdehlik daşıyır. Virusun düşüncəsiz şəkildə tətbiqi bütün Avropada təşkilatların işini pozdu və yüz milyonlarla funt dəyərində ziyan vurdu. Biz Rusiyanı beynəlxalq ictimaiyyətin məsul üzvü olmağa çağırırıq”, - Böyük Britaniya XİN-dən bildirilib.

Bərzanidən şok “Zeytun budağı” qərarı: PKK-ya qadağa

15 Fevral 2018 12:22

İraq Kürd Muxtariyyəti PKK-çıların Türkiyənin “Zeytun budağı” əməliyyatına qarşı Şimali İraqda keçirmək istədikləri nümayişlərə qadağa qoyub. Türk əsgərlərinin ardıcıl zərbələrindən sarsılan terror təşkilatları Bərzani hakimiyyətinə bağlı olan Duhok şəhərində aksiya keçirmək istəyib, lakin yerli polis bu cəhdin qarşısını alıb. Polis Afrinlə bağlı nümayişlərə qəti şəkildə icazə verməyəcəklərini açıqlayıb.