Tillersona böyük şok - Kanallar canlı yayımladı
Türkiyə səfərindən əvvəl Livanda keçirilən görüşlər zamanı ABŞ Dövlət katibi Reks Tillerson gözlənilməz hadisə ilə rastlaşıb.
15 Fevral 2018 18:40 DünyaTürkiyə səfərindən əvvəl Livanda keçirilən görüşlər zamanı ABŞ Dövlət katibi Reks Tillerson gözlənilməz hadisə ilə rastlaşıb. Livan prezidenti Mişel Avnla görüş üçün dövlət sarayına gələn Tillersonu livanlı həmkarı qarşılamayıb və ABŞ diplomatı uzun müddət prezidentin salona daxil olmasını gözləyib.
Məlumata görə, saraya girişi zamanı da qarşılanmayan Tillersonun uzun müddət Mişel Avnı təkbaşına gözlədiyi kadrlar televiziya kanalları vasitəsilə canlı yayımlanıb. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31