Dünya
İranda terror aktının qarşısı alınıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin cənubundakı Saravan şəhərində terror aktının qarşısını alıb. Məlumata görə, partlayış İİKK bazasının yaxınlığında törədilməli imiş.
Nikahdan bir neçə saat sonra yeni səhifə açıb, soyadını dəyişdirdi
Futbolçu Arda Turanla nikaha daxil olan Aslıhan Doğan toydan 3-4 saat sonra İnstaqramda yeni səhifə açıb. Aslıhan soyadını dəyişərək “Turan” olub. Bundan sonra o, sosial şəbəkəni “Aslıhan Doğan Turan” adı ilə işlədəcək. Onun bu qədər tezliklə soyadını dəyişdirməsi isə izləyicilərin təəccübünə səbəb olub.
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Avropa İttifaqı Rusiyanın 150 vətəndaşına və 38 şirkətinə yarım il müddətində sanksiya tətbiq edib. Məlumata görə, Avropa İttifaqı bu qərarı onların "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini zəiflətmək və təhdid etmək" istəyilə əlaqələndirib. Sanksiyaların müddəti 2018-ci ilin sentyabrın 15-dəkdir.
Piylənməyə səbəb olan qidalar - Son 30 ildə zərərli maddələr xeyli artıb
"McDonalds"ın fastfudları ilə bağlı yeni araşdırma aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, 30 il boyunca fastfudların tərkibindəki xeyirli maddələrin (protein) miqdarı xeyli azalıb, zərərli maddələrin (şəkər, duz və yağ) miqdarı isə dəfələrlə artıb.
Peruda üçbarmaqlı yadplanetli mumyası tapıldı
Perunun Nazka bölgəsində ötən ilin yay aylarında mumya tapılıb. Bununla bağlı alimlərin tədqiqatı davam edir. Bu günə qədər də mumyanın insan yoxsa yadplanetli olduğu bilinmir. İncə uzun kəllə sümüyü olan mumiyanın əl və ayaqlarında 3 barmağı var. Alimlər onun fərqli canlı növü və ya yadplanetli olub-olmadığını araşdırır.
Yaponiyada ən iri tunes balığı hərracda satıldı - 67 min $
Bu gün Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı hərracda satışa çıxarılıb. Məlumata görə, çəkisi 450 kq, uzunluğu 2,74 m olan tunes ovlanan bu növ balıqların mütəmadi qeydiyyatının aparıldığı 1949-cu ildən tutulan ən ağır çəkili tunes olub. Balıq auksionda 7,15 milyon yen - təqribən 67 min dollara satılıb.
Ermənistanda 25 yaşdan yuxarı qadınlar iş tapa bilmir
8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində Beynəlxalq Əmək Təşkilatı qadınların işsizliyinə dair məlumat-hesabat yayıb. Hesabata əsasən Ermənistanda 25 yaşdan yuxarı qadınların 17,3%-i iş tapa bilmir. Müqayisə edilib ki, Gürcüstanda bu göstərici 7,7%, Azərbaycanda isə 4,8 faizdir. Nəşr yazır ki, hesabatdan əlavə Ermənistanda rəsmi statistika idarəsinin ötən il yaydığı məlumatda vəziyyətin acınacaqlı olduğu görünür. Belə ki, məlumata əsasən ötən il Ermənistanda 76 min 624 işsiz qeydə alınıb ki, onlardan 50 min 593-ü (60%-dan çoxu) qadındır.
Smartfonlar insan psixikasına mənfi təsir edir — Alimlərdən ŞOK AÇIQLAMA
Smartfon sahibinin psixikasında problemə səbəb ola bilər. Bu barədə alimlər araşdırma aparıblar və nəticəni açıqlayıblar. Məlum olub ki, müntəzəm zənglər və bildirişlər stress hormonlarını fəaliyyətə keçirir və müntəzəm olaraq müdafiə reaksiyasını işə salır.
Yas mərasimində 58 nəfər zəhərləndi
Qazaxıstanın Akmola rayonunda 50-dən çox adam zəhərlənib. Məlumata görə, Qazaxıstanın şimalındakı Akmola rayonunun Şortandi kəndində yas mərasimi keçirilib. Mərasimdə iştirak edən 150 nəfərdən 45-i zəhərlənib.
Qəzaya uğrayan Türkiyə təyyarəsinin pilotunun son sözləri ORTAYA ÇIXDI - VİDEO
BƏƏ-dən İstanbula gedərkən İranda qəzaya uğrayan "Başaran Holdinq"ə məxsus özəl təyyarənin pilotunun dispeçer qülləsi ilə son danışığı ortaya çıxıb.
Xəbəri Demet yaydı: "Uşağını itirə bilər"
Müğənni Demet Akalın futbolçu Caner Erkinin hamilə xanımı, aktrisa Şükran Ovalı ilə bağlı gözlənilməz açıqlama verib. Məlumata görə, ifaçı 3 aylıq hamilə Şükranın körpəsini itirə biləcəyini deyib: “Şükran mənim qonşumdur. Zəng vurub ağladı ki, uşaqsalma təhlükəsi var. Avtomobil qəzasından sonra haqqında yazılanlara görə çox pis olub. Hamilə insanı fikirləşmək lazımdır. Mən də belə xəbərlərə əsəbiləşirəm”.
Rus kəşfiyyatçı: "Kreml bu 6 şəxsi məhv edəcək"
Moskvanın Sergey Skripaldan sonra növbəti hədəfi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş zabiti Yuri Şvets olacaq. Bunu “Mirror” qəzetinə müsahibəsində rusiyalı kəşfiyyatçı Boris Karpiçkov söyləyib. Onun sözlərinə görə, Şvetslə bərabər, Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Vladimir Rezun da ("Viktor Suvorov" təxəllüsü ilə məşhurdur) Kremlin hədəfi ola bilər.
Netanyahu: "Bu ölkə imperiya qurur, qarşısını alın!"
İran Yaxın Şərqdə dünyaya dominatlıq edəcək imperiya qurmağa cəhd edir. Bunu “Foks Nyus” televiziyasına müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib.
ABŞ Meksika və Kanada arasında kanala çevriləcək – Rusiyadan TƏHDİD
“Amerika generalları özlərinin güclü strateji sualtı qayıqları haqqında lovğa-lovğa danışa bilərlər, amma zərbəni vurmağa heç vaxt cürət etməyəcəklər”. Bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Haytenin bəyanatını şərh edən hərbi ekspert Viktor Litovkin “Ulduz” telekanalına açıqlamasında deyib.
Hindistanda meşə yanğınlarında 9 turist yanaraq ölub
Hindistanın cənubunda Tamilnad ştatının Kuranqani rayonunda başlayan meşə yanğınları geniş miqyas alıb. Məlumata görə, meşə yanğınları tələfatsız ötüşməyib. Belə ki, yanğınlar nəticəsində 9 nəfər həlak olub, daha 18 nəfər yaralanıb.














