Dünya
Qəzaya uğrayan Türkiyə təyyarəsinin qara qutusu tapıldı - Ölənlərdən biri yoxdur - VİDEO
Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin qara qutusu tapılıb. Təyyarə qəzasında ölən 1 nəfərin cəsədi hələ də tapılmayıb. 8 cəsədin kimliyi müəyyən edilsə də, 2 cəsədin yanıq və parçalanma səbəbindən hələ kimə məxsus olduğu məlum deyil.
Putindən ŞOK ETİRAF: "Türkiyəyə məxsus sərnişin təyyarəsinin vurulması əmrini verdim"
Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə içində bomba olduğu və Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimini hədəf aldığı bildirilən "Pegasus" Hava Yollarına aid sərnişin təyyarəsinin vurulması əmrini verdiyi etirafını edib.
İranın Vyanadakı səfirliyi qarşısında silahlı insident baş verib, ölən var
Naməlum şəxs İranın Vyanadakı səfirinin iqamətgahının yaxınlığında bıçaqla hücum edib. Bu barədə Vyana polisinin Twitter-dəki hesabında bildirilir. "İran iqamətgahı: bıçaqla silahlanmış naməlum şəxs hücum edərkən hərbçilər tərəfindən öldürülüb", - deyə məlumatda bildirilir.
Kilsəyə ildırım düşdü: 16 ölü, 140 yaralı
Ruandada kilsəyə ildırım düşməsi nəticəsində azı 16 nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb. Faciə ölkənin cənubunda yerləşən yaşayış məntəqələrindən birində qeydə alınıb. 16 nəfərdən əksəriyyəti hadisə yerində keçinib, daha 140 nəfər xəstəxanaya yerləşdirilib.
Rusiyanı o təmsil edəcək
Müğənni Yuliya Samoylova bu il keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək. Onun adı bazar günü Birinci kanalda efirə gedən "Vremya" verilişində açıqlanıb.
280 nəfərin danışdığı yeni dil aşkarlandı
Cənub-Şərqi Asiyada, Malay yarımadasında yeni danışıq dili aşkarlanıb. İsveçdəki Lund Universitetinin alimləri tərəfindən aşkarlanan bu dilə “Jedek” adı verilib. “Jedek” Avstraliya dil ailəsinə aiddir və onu Malayziyanın şimal yarımadasında yaşayan 280 nəfər işlədir.
Köpək balığı 69 yaşlı kişiyə hücum çəkdi - VİDEO
Avstraliyada 69 yaşlı kişi ona hücum edən köpək balığından yaxa qurtara bilib. Bu barədə "9news.com.au" nəşri yazıb. Hadisə Viktoriya ştatının Serf Kost Şir vilayətində baş verib. Rob Krossland dənizdə üzərkən 3,5 mertlik köpək balığının kölgəsini görüb.
Prezident nikah şahidi oldu
“Başakşəhər”in şərəfini qoruyan Arda Turan 2,5 ildir birlikdə olduğu Aslıhan Doğan ilə dünya evinə girib. Məşhur futbolçunun nikah şahidi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan olub.













