Dünya
Dərmanın təsirindən rəngini dəyişən ürək çipi icad edildi
Çin alimləri dərmanın effektivliyindən asılı olaraq rəngini dəyişən ürək çipi yaradıblar. O, insan bədənindən kənarda ürək əzələ toxumasının döyünmə və azalmasını imitasiya edir. Alimlər buqələmunu müşahidə etdikdən sonra xüsusi optik struktura malik geldən istifadə etmək qərarına gələrək, onu hüceyrə mikroçipi üzərinə hopdurublar. Ürək əzələ hüceyrələri genişlənməyə və yığılmaya başlayan zaman isə gel buna uyğun olaraq öz rəngini dəyişib.
Putin Ziyanın həbsindən bir həftə əvvəl Şoyquya nə tapşırıb?
Rusiyada ötən həftə sonu milyarder-oliqarx, çoxprofilli “Summa” şirkətlər qrupunun sahibi Ziyavuddin (Ziya) Maqomedovun qəfil həbsi ilə əlaqəli yeni təfərrüatlar məlum olub.
Polşa Rusiyaya qarşı yumşaldı
"Skripalın işi" ilə bağlı qalmaqal fonunda Polşa sözügedən məsələyə qarşı mövqeyində dəyişiklik edib. Məlumata görə, Avropa Parlamentinin Polşadan olan deputatı Yanuş Korvin-Mikke deyib ki, Rusiyanın bu işdə əli olduğunu araşdırmaq mənasız bir məşğuliyyətdir.
Ermənistan Rusiyadan çoxlu “İsgəndər” alıb Azərbaycanla sərhəddə yerləşdirəcəkmi?!
Ermənistan müdafiə naziri Vigen Sərkisyan Rusiyanın bu ölkəyə silah almaq üçün üçüncü kredit tranşı ayıracağı və həmin kredit çərçivəsində xeyli “İsgəndər” raketləri alınaraq guya Azərbaycanla sərhəddə yerləşdiriləcəyi haqda xəbərlərə münasibət bildirib. Sərkisyan bu xəbəri təkzib etməyib və deyib ki, Ermənistan “İsgəndər” komplekslərinin alınması çərçivəsində rusiyalı partnyorları ilə işi davam etdirir.
Husilərin lideri: Ər-Riyadı rus raketləri ilə vururuq
Səudiyyə Ərəbistanını İran raketləri ilə vurmuruq. Bunu “Frans 24” televiziyasına müsahibəsində husilərin lideri Məhəmməd Əli əl-Husi deyib. “Səudiyyə Ərəbistanına qarşı Rusiya və Koreya raketlərindən istifadə edirik. Biz bu raketləri təkcə istifadə etmirik, həm də modernizə və istehsal edirik.
Kremlin Bakını hədəf alan trolları: Feysbuk hərəkətə keçdi
Feysbuk Rusiya İnternet Tədqiqatları Agentliyinin (İRA) nəzarətdə saxladığı 138 səhifəni, 70 hesabı ləğv edib. Feysbuk rəhbərliyi həmçinin İnstaqramda da İRA-nın nəzarətində olan 65 hesabı bağlayıb. Sosial şəbəkə rəhbərliyi bu səhifələrin rus dilində olduğunu, Rusiya və dünyada yaşayan rusdilli əhaliyə yönəldiyini bildirib.
Patruşev: “Bir sıra ölkələr dünyada prokuror və hakim roluna iddia edir”
“Bir sıra ölkələrin BMT-dən yan keçərək qanunsuz hərəkət etməsi cəhdləri sistemli xarakter alıb”. Məlumata görə, bunu VII Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Putin: “İŞİD hələ də destruktiv potensialını qoruyub saxlayır”
“Hərbi məğlubiyyətə baxmayaraq, İŞİD qruplaşması hələ də dünyanın müxtəlif regionlarında hücum etmək qabiliyyətinə malikdir. Ona qarşı mübarizə aparmaq üçün beynəlxalaq əməkdaşlığın yeni formaları haqqında fikirləşmək lazımdır”. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin VII Moksva Beynəlxalq Təhlükəsizlik Konfransının iştirakçılarına göndərdiyi məktubunda bildirib.
Ərdoğan Putini güzəştə məcbur edir: Qafqazda dəyişiklik...
Türkiyə Rusiyanın hər zaman rəqibi olub. Bunu “Gazeta.ru” saytına açıqlamasında rusiyalı siyasi ekspert, türkoloq Yuri Mavaşev deyib. “İndiki zamanda Türkiyə Rusiyaya öz əməkdaşlığını çox baha qiymətə satacaq və Moskvanı böyük güzəştlərə məcbur edəcək. Bu, özəlliklə onlarla heç razılaşmadığımız sahələrdə olacaq.
Rusiyaya qarşı bircə sübutunuz varmı? – Laşet
Rusiyalı diplomatların “Skripal işi” ilə bağlı qovulması istiqamətində NATO ölkələrini həmrəyliyə çağırmaq üçün Solsberi hadisəsində Moskvanın iştirakını təsdiqləyən ən azı bir sübutun olması lazımdır.
Sosial yardımla yaşayan MƏŞHUR AKTRİSA
Məşhur aktrisa Daniella Vestbrok etdiyi estetik əməliyyatları nəticəsində bütün maddi sərvəti tükənib. Olaylar.az bildirir ki, bu haqda məlumatı aktrisanın dostları verib.
ABŞ – da Hərbi Helikopter qəzaya uğradı- İtkin düşənlər var
ABŞ Donanmasına aid sınaq uçuşu edən helikopter, dörd məsul şəxs ilə birlik də , Meksika sərhədində yerləşən PlasterCity yaxınlığında qəzaya uğrayıb.
Qızları bihuş edən dünyanın ən yaraşıqlı ƏRƏB KİŞİSİ HAMINI ŞOKA SALDI
Bir vaxtlar həddən artıq yaraşıqlı olduğu əsas gətirilərək ölkəsindən deportasiya edilməsi ilə populyarlaşan model, aktyor, fotoqraf və şair Ömər Borkan Əl Qala indi də sevgilisi ilə gündəmə gəlib.
Rusiyanın “S-400”ləri Türkiyəyə təhvil verəcəyi tarix açıqlandı
"Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksi müqavilədə nəzərdə tutulan tarixdən daha tez, 2019-cu ilin iyulunda Türkiyəyə təhvil veriləcək".unu Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib. Onun fikrincə, "S-400"lər ABŞ-ın "Patriot"lərindan daha təsirlidir: "S-400"lərlə Türkiyə ordusu daha güclənəcək".














