Dünya

“Raket sınağı üçün heç kimdən icazə almağa ehtiyacımız yoxdur” BƏYANAT

4 Dekabr 2018 15:21

Tehranın öz raketlərini sınaqdan keçirmək üçün kimdənsə icazə almağa ehtiyacı yoxdur. Bu barədə İRNA agentliyinə müsahibəsində ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əbülfəzl Şəkərçi deyib. “Əgər biz hesab etsək ki, raketlərimizi sınaqdan keçirmək lazımdır, biz bu haqda heç kimdən hər hansı bir icazə almayacağıq. Biz, bunu edəcəyik”, deyə iranlı general bildirib.

İsrail "Şimal qalxanı" əməliyyatına başlayır: "Hizbullah"ın tunellərini dağıdacaq

4 Dekabr 2018 15:07

İsrail hərbçiləri "Şimal qalxanı" əməliyyatına başladıqlarını elan ediblər.

Amsterdamın ən məşhur rəmzini sökdülər

4 Dekabr 2018 13:32

Niderland hökuməti 2004-cü ildə Dövlət muzeyi qarşısındakı meydanda quraşdırılan paytaxtın ən məşhur rəmzini - “I am Amsterdam”ı sökmək qərarına gəlib. Bu barədə “de Volkskrant” məlumat yayıb.