Avropa Məhkəməsi Kerç boğazındakı hadisə ilə bağlı Ukraynanın vəsatətini qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Kerç boğazındakı hadisə ilə bağlı Ukraynanın vəsatətini icraata götürüb.

Rusiya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən qurumun Ukraynanın şikayət üzrə AİHM-dən sorğu aldığı təsdiqlənib.

"AİHM-ə məlumat verilib ki, sorğuya informativ sənəd hazırlamaq üçün lazım olan müddət ərzində cavab veriləcək", - məlumatda deyilir.

Xatırladaq ki, bu il noyabrın 25-də üç Ukrayna gəmisi Kerç boğazında Rusiya FTX tərəfindən saxlanılıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31