Ruhanidən dünyanı ayağa qaldıracaq ADDIM: Bunu edə bilməsək...

Əgər İran ABŞ tərəfindən neft ixrac etmək imkanından məhrum edilərsə, onda Tehran Fars körfəzindən xammalın çatdırılması yolu olan Hörmüz boğazını bağlayacaq.

Bu haqda İran lideri Həsən Ruhani bildirib.

Həsən Ruhani daha əvvəl qeyd edib ki, ABŞ İran neftinin dünya bazarına çıxarılmasına mane ola bilməyəcək.

Qeyd edək ki, bu, dünyanın strateji neft marşrutlarından biri olan Hörmüz boğazının bağlanacağı barədə Tehranın ilk xəbərdarlığı deyil.

Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Boğaz, həmçinin Körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31