Timoşenko ABŞ-a gedir: Ukrayna üçün zəmanət
4 Dekabr 2018 14:09 DünyaUkraynanın Baktivşina Partiyasının sədri Yuliya Timoşenko ABŞ-a səfər edib.
Bu məlumatı o öz Feysbuk səhifəsində paylaşıb. Timoşenko ABŞ-a Ukraynanın təhlükəsizliyi üçün yeni yollar axtarışına görə getdiyini bildirib.
O, burada bir sıra nüfuzlu şəxslərlə görüşəcəyini və görüşlər zamanı "Budapeşt+" formatında Ukraynanın təhlükəsizliyinə beynəlxalq zəmanətin verilməsi məsələsini gündəmə gətirəcəyini deyib:
"Bizə Budapeşt formatında verilən vədlər tutulmadı, demək ki, yeniləri də tutulmaya bilər. Buna imkan vermək olmaz".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31