Ermənistanın “Su-25” hərbi təyyarəsi havaya qalxandan sonra radarlardan itib

Ermənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" hücum təyyarəsi Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itib.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya istehsalı olan "Su-25" döyüş təyyarəsi plana uyğun olarqaq, təlim uçuşu keçirirmiş. Gümrüdəki hava limanından uçan təyyarə havaya qalxandan sonra onunla əlaqə kəsilib.

Hazırda təyyarənin axtarışları aparılır. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31