Dünya

Nikahdan 6 ay sonra toy etdilər - Fotolar

28 İyul 2019 10:05

Dünyaca məşhur pianoçu Fazıl Say yanvarda İtaliyada nikah masasına oturduğu Ece Dağıstanlı ilə Çeşme Alaçatıda toy edib.

Rusiya: İranın ağır su istehsalı dəhşətli deyil

28 İyul 2019 09:30

İranın ağır su istehsal tempi dəhşətli problemlər vəziyyətinə gələcək qədər yüksək deyil. Bunu İranın nüvə proqramı üzrə Müştərək Əhatəli Plana (MƏP) dair Vyana görüşündən öncə Sputnik-ə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, iclasda müzakirə ediləcək əsas məsələlər İNSTEX və İranın Ərak ağır su reaktoru olacaq:

Kişidə hamiləlik testi müsbət çıxa bilər?

28 İyul 2019 09:25

Bəli, bu mümkündür. Lakin bu təbii ki, o demək deyil ki, bu kişi “hamilədir”. Bu çox  təhlükəli xəstəliyin simptomudur. Məsələ burasındadır ki, ev şəraitində istifadə olunan hamiləlik testləri sidikdə “xorionik honadotropin” adlı hormonu təyin edir. Bu hormon qadın orqanizmində embrion uşaqlıq divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır.

Türkiyə silahlı qüvvələri tərəfindən daha dörd terrorçu zərərsizləşdirilib

28 İyul 2019 09:14

Türkiyə silahlı qüvvələri tərəfindən daha dörd terrorçunu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

13 nəfər denqe virusundan öldü

28 İyul 2019 09:00

Tanzaniyada ümumilikdə 6 min 677 nəfər denqe xəstəliyinə yoluxub, daha 13 nəfər həyatını itirib. Bu barədə yerli hökumətə istinadən "Mwananchi" qəzeti yazıb.

Türkiyə turizmində "hər şey daxil" sisteminin gələcəyi müzakirə olunur

28 İyul 2019 08:56

Türkiyənin otellərində qidalanma və xidmətin səviyyəsi ilə əlaqədar mümkün islahatlar aparılması ətrafında müzakirələr gedir. Bu müzakirələrin fonunda gündəmdə olan əsas məsələlərdən biri yenə də "hər şey daxil" sisteminə yenidən baxılmasıdır.

“Çernobıl” serialının treylerinin şəbəkədə yayılmasına qarşı mübarizə aparılır

28 İyul 2019 08:47

HTB telekanalı bu il ekranlara çıxacaq “Çernobıl” serialının treylerinin şəbəkədə yayılmasına qarşı mübarizə aparır.

İvanişviliyə qarşı savaş: Sistem tezliklə dəyişəcək

28 İyul 2019 08:45

Gürcüstanı bir nəfər idarə edir. Bunu jurnalistlərə açıqalmasında “TBC Bank”ın təsisçisi Mamuka Xazaradze deyib. Onun sözlərinə görə, Gürcüstan bataqlıqda çirklənib, ölkəni yenidən qurmaq lazımdır:

Lavrovdan açıq mesaj: Çindən imtina etməyəcəyik

28 İyul 2019 08:33

Rusiya və Çinin arasına ixtilaf salmaq üçün edilən istənilən cəhd uğurla nəticələnmir. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Çin Xarici İşlər naziri Van Yi ilə görüşü zamanı deyib.

"Yeşilçam"ın məşhur aktyoru öldü

28 İyul 2019 08:27

Türkiyəli aktyor Yalçın Gülhan 75 yaşında dünyasını dəyişib. "Yeşilçam" ulduzu uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. Son günlər vəziyyəti pisləşəm Gülhan xəstəxanaya aparılıb. O, müalicə aldığı klinikada vəfat edib.

Putinlə Makron arasında görüş keçiriləcək

28 İyul 2019 08:26

Emmanuel Makron ilə Rusiya lideri Vladimir Putin arasında görüş keçiriləcək. Bu barədə Fransa prezidenti məlumat verib. 

Rusiyadan ABŞ-ı ürküdəcək addım...

28 İyul 2019 08:24

Rusiya Astraxan bölgəsindəki “Kapustin Yar” poilqonunda “Topol” qitələrarası ballistik raketini sınaqdan keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Ukrayna prezidenti yarıçılpaq şəxslərlə şəkil paylaşdı və... - FOTO

28 İyul 2019 08:21

Ukraynalılar Prezident Vladimir Zelenskinin çimərlikdə paylaşdığı şəkilə sərt reaksiya göstəriblər.

Türkiyədə zəlzələ baş verdi

28 İyul 2019 08:19

Türkiyədə 3 bal gücündə zəlzələ baş verib. "UTC" vaxtı ilə saat 13:26-da qeydə alınan yeraltı təkanların episentri Ankara şəhərindən 83 kilometr şimal-şərqdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.