13 nəfər denqe virusundan öldü
Tanzaniyada ümumilikdə 6 min 677 nəfər denqe xəstəliyinə yoluxub, daha 13 nəfər həyatını itirib. Bu barədə yerli hökumətə istinadən "Mwananchi" qəzeti yazıb.
28 İyul 2019 09:00 DünyaTanzaniyada ümumilikdə 6 min 677 nəfər denqe xəstəliyinə yoluxub, daha 13 nəfər həyatını itirib.
Bu barədə yerli hökumətə istinadən "Mwananchi" qəzeti yazıb.
"Bizdə 6 nəfərin ölməsi barədə məlumat var idi, lakin hökumət yeni qiymətləndirmə apardı və ölkə üzrə 13 nəfərin öldüyü müəyyənləşdi. Təkcə Dar-əs-Salam vilayətində 6631 yoluxma və 11 ölüm faktı qeydə alınıb", - deyə nəşr Tanzaniyanın səhiyyə naziri Ummi Mvalimunun sözlərini sitat gətirib.
Bununla yanaşı, nazir qeyd edib ki, xəstəliyin yayılma sürəti aşağı düşüb. Belə ki, 2019-cu ilin iyun ayında yoluxma hallarının ümumi sayı 536 təşkil edibsə, iyulun əvvəlindən yalnız 6 yoluxma qeydə alınıb. Report