Lula da Silva: Braziliya üçüncü dünya ölkəsi olmaqdan bezib - ÖZƏL

Braziliya prezidenti Lula da Silva Almaniyaya səfəri zamanı ölkənin diqqətdən kənarda qalan inkişaf etməkdə olan ölkə statusundan bezdiyini bildirib.

Olaylar onun sözlərini sitat gətirir: "Braziliya kiçik, inkişaf etməkdə olan bir ölkə olmaqdan, üçüncü dünya ölkəsi, görünməz bir ölkə kimi görünməkdən bezib". 

Onun sözlərinə görə, dövlət dünya səhnəsində çoxdan fərqli münasibətə layiq olub.

O, Braziliyanın iqtisadi sabitliyə nail olduğunu, xarici investisiyaları cəlb etdiyini və tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə hazır olduğunu aydınlaşdırdı.

Daha əvvəl Braziliya prezidenti ABŞ-ı digər ölkələrə bərabər münasibət göstərməyə çağırmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31