Azərbaycanda bütün etnik qrupların, dinlərin nümayəndələri bir ailə kimi yaşayıblar-Özəl

"Azərbaycanın multikultural dəyərlərinin dünya xalqlarına çatdırılması, beynəxalq aləmdə tanıdılması da ölkəmizin humanitar siyasətinin başlıca məqsədlərindəndir. Azərbaycanda keçirlən Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq miqyaslı forumlar, konfranslar dünyada mədəniyyətlərarası əməkdaşlığın, dini dialoqun dərinləşməsinə mühüm töhfə verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib: " 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müzakirə olunan məsələlər, irəli sürülən təklif və ideyalar, qəbul edilən qərarlar dünyada sülhün və tərəfdaşlığın inkişafında müstəsna rol oynayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılış mərasimindəki çıxışında  ölkəmizin multikulturalizm ənənələrini, milli birliyin əhəmiyyətini, beynəlxalq hüquqa hörmətin vacibliyini, münaqişələrin həlli və davamlı sülhün təmin olunması məsələlərini tədbir iştirakçılarının, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Prezident İlham Əliyevin tarixi faktlara əsaslanaraq qeyd etdiyi kimi: "Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar".
Təbii ki, Prezident İlham Əliyev qeyd etdiyi aktual məsələlərdə Azərbaycanın coğrafi mövqeyinə istinad olunur. Çünki, reallıq ondan ibarətdir ki, Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu məkanlarda yerləşən Azərbaycan zəngin mədəni dəyərlərini, qarşılıqlı hörmət və anlaşmanı yüksək səviyyədə dünya ictimaiyyətinə nümayiş etdirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31