Deputatımız beynəlxalq konfransa qatılacaq

Milli Məclisin deputatı Gülşən Paşayeva noyabrın 2-də  IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında iştirak etmək üçün Belarus Respublikasının Minsk şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Konfrans çərçivəsində beynəlxalq və regional təhlükəsizlik, silahlara nəzarət və silahsızlanma, yeni texnologiyaların yaratdığı təhdidlər, iqtisadi inteqrasiya, enerji və ərzaq təhlükəsizliyi, eləcə də qadınların beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində rolu barədə müzakirələr aparılacaq.

Səfər noyabrın 5-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31