Polşa ABŞ-a hərbi baza üçün dörd yer təklif edib-ÖZƏL

Polşa Müdafiə Nazirliyi ABŞ-a daimi Amerika hərbi bazası üçün dörd mümkün yer təklif edib. Olaylar.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin sözçüsü general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə bildirib .

"Mümkün yerlərə Vrotslav, Poznan, Bıdqoş və Şetsin daxildir", - deyə o bildirib. "Bazanın yeri ilə bağlı son ​​qərarı Prezident Donald Tramp verəcək." Lukovski deyib: "Yer, qoşun növü və əsgər sayı ilə bağlı qərar qəbul edildikdən sonra işimizə başlayacağıq".

Generalın sözlərinə görə, daimi bazanın tikintisi ən azı üç il çəkəcək və təxminən 3 milyard zlotıya (təxminən 750 milyon dollar) başa gələcək. Lukovski həmçinin Polşada mülki personalın və Amerika hərbi qulluqçularının ailə üzvlərinin olması üçün lazım olan infrastrukturun qurulmasına daha bir neçə milyard zlotı xərclənməli olduğunu da qeyd edib. Əgər bazada 5000 Amerika əsgəri yerləşdirilərsə, ümumi hesablamalara görə, Polşaya gələn Amerika vətəndaşlarının ümumi sayı təxminən 15000 nəfərə çata bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31