"Binance" birjasından 6,3 milyard dollarlıq kriptovalyuta oğurlanıb – ÖZƏL
11:25 İqtisadiyyatOlaylar.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjası "Binance" kiberhücuma məruz qalıb və dəymiş ziyan təxminən 6,3 milyard dollar dəyərləndirilir. Mühəndislərdən birinin kompyuterinin sındırılması səbəbindən baş verən insidentlə bağlı platforma bütün mədaxil və məxaric əməliyyatlarını dayandırıb, 3 milyard dollara yaxın aktivi dondurub. Birjanın təsisçisi Çanpen Çjao istifadəçilərin vəsaitlərinin təhlükəsizlikdə olduğunu və itkilərin SAFU ehtiyat fondu hesabına ödənəcəyini bildirib. Hadisə fonunda kriptovalyuta bazarında ucuzlaşma müşahid olunub, "Bitcoin"in qiyməti 77 min dollardan aşağı düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31