Paşinyan KTMT ilə bağlı son qərarı açıqladı

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçki proqramında KTMT-yə üzvlüyün aktivləşdirilməsi ilə bağlı addımlar nəzərdə tutulmayıb.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Bildiyiniz kimi, Ermənistan-ın KTMT-yə üzvlüyü dondurulub və təşkilatın fəaliyyətində iştirakı aktivləşdirmək istiqamətində addımlar atılmayacaq. Bu, bizim seçki proqramımızda qeyd olunub", - Baş nazir vurğulayıb.

Xatırladaq ki, Ermənistan rəhbəri bundan əvvəl də dəfələrlə İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bəyan edib. Onun sözlərinə görə, təşkilat ölkənin suverenliyinə təhdidlər yaradıb. 2025-ci ilin dekabrında Nikol Paşinyan Ermənistan-KTMT münasibətlərinin geridönüş nöqtəsini keçdiyini açıqlayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Varşava Təhlükəsizlik Forumunda ölkəsinin KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri qiymətləndirdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31