Narek Mantaşyan: "Müharibə hədələri cəmiyyətdə qorxu mühiti yaratmaq məqsədi daşıyır" – ÖZƏL
20 Aprel 12:51 DünyaOlaylar.az xəbər verir ki, "Ermənistan" blokunun nümayəndəsi Narek Mantaşyan hakim "Mülki Müqavilə" partiyasının yeni müharibənin başlanacağı ilə bağlı iddialarını kəskin tənqid edib. O, bu tezislərin seçki ərəfəsində cəmiyyəti qorxu altında saxlamaq üçün istifadə edilən bir vasitə olduğunu bildirib. Mantaşyanın sözlərinə görə, öz xalqını müharibə ilə hədələmək yalnız qarşı tərəflə gizli razılaşması olan qüvvələrə məxsusdur və sülhdən dəm vuran mövcud hakimiyyət əslində ziddiyyətli yalanlar içində boğulur.
Təmsilçi qeyd edib ki, əsl sülh bir şəxsdən və ya siyasi qüvvədən asılı olmamalıdır, əks halda bu, sülh deyil, hücum etməmək şərti ilə ərazilərin güzəştə gedilməsi müqaviləsidir. Mantaşyan indiki rəhbərliyin dövrünün yalnız müharibə və itkilərlə yadda qaldığını vurğulayaraq, Robert Köçəryanın ölkəyə rəhbərlik etdiyi illərin Ermənistan üçün yeganə tam sabitlik dövrü olduğunu və yalnız onun təcrübəsinin layiqli sülhü təmin edə biləcəyini iddia edib.