BƏƏ ABŞ ilə maliyyə dəstəyi üzrə ilkin danışıqlara başlayıb – ÖZƏL
12:34 DünyaBirləşmiş Ərəb Əmirlikləri İranla mümkün hərbi gərginlik fonunda ABŞ ilə maliyyə dəstəyi imkanlarını müzakirə edir. Olaylar.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Məlumata görə, ölkənin Mərkəzi Bankının rəhbəri Xalid Məhəmməd Balama ABŞ-nin maliyyə naziri Skott Bessent ilə valyuta svop xəttinin yaradılması məsələsini müzakirə edib.
Rəsmi Əbu-Dabi ehtiyat edir ki, mümkün eskalasiya iqtisadiyyata zərbə vura, investorları uzaqlaşdıra, valyuta ehtiyatlarını azalda və Hörmüz boğazı vasitəsilə neft tədarükünü poza bilər.
Hələlik rəsmi müraciət edilməsə də, bu addım qabaqlayıcı tədbir kimi qiymətləndirilir. Bildirilir ki, dollar çatışmazlığı yaranarsa, BƏƏ alternativ valyutalara, o cümlədən yuanın istifadəsinə keçə bilər ki, bu da neft ticarətində dolların rolunu zəiflədə bilər.