Geqeliya: "Macarıstandakı demokratik dəyişikliklər Gürcüstanın Avropa yolunu asanlaşdıracaq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Gürcüstan - Lelo" partiyasının xarici əlaqələr katibi Qriqol Geqeliya bəyan edib ki, Gürcüstan məsələsi yenidən Avropa İttifaqı xarici işlər nazirlərinin diqqət mərkəzindədir. Geqeliyanın sözlərinə görə, Macarıstanda baş verən müsbət demokratik dəyişikliklər Aİ çərçivəsində Gürcüstanla bağlı müzakirələrə ciddi təsir göstərəcək. O qeyd edib ki, "Gürcü arzusu" hökuməti beynəlxalq arenada özünün ən mühüm müttəfiqlərindən birini itirib, çünki Macarıstan xalqı dinc yolla hakimiyyəti geri alaraq ölkəni yenidən Avropa siyasəti məcrasına qaytarıb.

Siyasətçi vurğulayıb ki, Macarıstanın bu yenilənmiş siyasi kursu Aİ-nin ümumi sanksiya siyasətinə, xüsusən də "Gürcü arzusu"na qarşı nəzərdə tutulan tədbirlərin bloklanmasının qarşısını alacaq. Bu dinamikanın Gürcüstanın demokratik gələcəyinə müsbət, mövcud rejimə isə mənfi təsir edəcəyini deyən Geqeliya, aprelin 21-də keçiriləcək xarici işlər nazirlərinin görüşünü bu baxımdan həlledici hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31