İran səfiri: “Təcavüz olarsa, ABŞ-ın bölgədəki bazaları hədəfimiz olacaq”- ÖZƏL

İran İslam Respublikası ona qarşı mümkün təcavüz halında Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbə endirəcəyini əvvəlcədən bəyan edib. Olaylar.az xəbər verir ki,  bu barədə TASS-a açıqlamasında İranın Özbəkistandakı səfiri Məhəmməd Əli İskəndəri bildirib.
Səfir qeyd edib ki, əgər qonşu ölkələrdəki hərbi bazalar İrana qarşı hücum üçün istifadə olunarsa, həmin obyektlər Tehranın "qanuni hədəfinə" çevriləcək. Onun sözlərinə görə, İranın silahları birbaşa ABŞ ərazisinə çata bilmədiyi üçün, hücum halında əlçatan məsafədə olan bütün ABŞ hərbi obyektlərinə, qurğularına və qüvvələrinə zərbə endiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31