Rubinyan: “Levon Ter-Petrosyanın siyasi karyerası oliqarxların ayaqları altında bitir” ÖZƏL
15:54 DünyaErmənistan parlamentinin vitse-spikeri, hakim "Mülki Müqavilə" partiyasının üzvü Ruben Rubinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın son bəyanatlarını kəskin tənqid edib.
Olaylar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Rubinyan, eks-prezidentin rusiyalı iş adamı, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanı dəstəkləməsini "utancverici tənzzül" adlandırıb.
Rubinyan Ter-Petrosyanın bəyanatlarının cəmiyyətdə maraq doğurmadığını istehza ilə qeyd edib: "Bəzən mənə elə gəlir ki, Levon Ter-Petrosyanın bəyanatlarını cəmi bir neçə nəfər oxuyur və onlardan biri də mənəm."
Vitse-spiker birinci prezidentin hazırkı mövqeyini onun siyasi karyerası üçün faciəvi hesab etdiyini bildirib. Rubinyanın sözlərinə görə, Ter-Petrosyan çox ağrılı və rüsvayçı bir eniş yaşayıb. O, heç kimə siyasi karyerasının sonunda müxtəlif oliqarxların ayaqları altına düşməyi arzulamadığını vurğulayıb.
Rubinyan mətbuat konfransı zamanı müxalifətin daxili ziddiyyətlərinə də toxunaraq, vəziyyətin "gülməli" tərəflərini qeyd edib. O bildirib ki, Levon Ter-Petrosyanın öz partiyadaşı Levon Zurabyanı deyil, başqa birini (Karapetyanı) dəstəkləməsi onların namizədinin "yararsızlığından" xəbər verir. Maraqlıdır ki, Ter-Petrosyanın dəstəklədiyi şəxs qanunvericiliyə görə baş nazir postuna namizədliyini belə irəli sürə bilməz