Zaxarova Britaniyanın "qəribə bir şou" yaşadığını söylədi- ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniyada Kral ailəsi ətrafında yaranmış qalmaqala münasibət bildirib. Olaylar.az xəbər verir ki, o, TASS agentliyinə müsahibəsində ölkədə baş verənləri "əsl qəribə şou" adlandırıb.
Diplomatın sözlərinə görə, Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzorla bağlı maliyyəçi Ceffri Epşteynin sənədləri ətrafında yaranmış qalmaqal ölkə elitasında ciddi rezonans doğurub.
"Baxın, indi Britaniyada nə baş verir. Bu, doğrudan da hansısa qəribə bir tamaşanı xatırladır. Belə ifadə işlətmək istəmirəm, çünki tarixi kontekstdə fiziki qüsurlu insanların nümayiş etdirilməsi kimi halları yada salır. Amma məndə belə təəssürat yaranır ki, dünya müəyyən məsələlərdən irəli gedərək yeni inkişaf mərhələsinə qədəm qoyub, lakin xəritədə bəzi nöqtələr və icmalar əvvəlki mentalitetdə qalıb. Orada baş verənlərə baxın", - deyə Zaxarova bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31