Tehran və MAQATE arasında kritik görüş: Nüvə danışıqlarında yeni mərhələ – ÖZƏL
12:46 Dünyaİranın xarici işlər naziri Abbas Əraqçı, ABŞ ilə gözlənilən növbəti müzakirələr ərəfəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi ilə texniki məsləhətləşmələr keçirəcəyini bəyan edib.
Olaylar.az xəbər verir ki, nazir özünün "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib ki, görüş bazar ertəsi baş tutacaq: "Nüvə enerjisi üzrə ekspertlərin müşayiəti ilə Rafael Qrossi ilə dərinləşdirilmiş texniki danışıqlar aparmaq üçün görüşəcəyəm."
Xatırladaq ki, fevralın 6-da Omanın paytaxtı Maskatda ABŞ və İran nümayəndə heyətləri arasında nüvə proqramına dair danışıqlar keçirilib. ABŞ prezidenti Donald Tramp həmin görüşün uğurlu keçdiyini və prosesin davam edəcəyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31