Bakı ilə ya sülh, ya da müharibə! Qələbəmizə əminəm! – Simonyan BƏYAN ETDİ

"Ermənistandakı parlament seçkiləri Azərbaycanla münasibətlərin yeni mərhələyə keçməsinə səbəb ola bilər".

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O bildirib ki, Cənubi Qafqazda sülh məsələsinin həlli Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq:

"Ölkədə siyasi qüvvələr iki qrupa bölünür: sülh tərəfdarları və xarici moderatorlardan asılılığı müdafiə edən müharibə tərəfdarları. 2026-cı ildə seçkiləri keçirərək yekun sülh müqaviləsini imzalayıb təsdiqləmək yolu ilə Azərbaycanla münaqişəni başa çatdırmalıyıq. Qələbəmizə əminəm".

Qeyd edək ki, Ermənistanda hakim partiya revanşistlərin hakimiyyətə gələcəyi halda regionda yeni müharibə olacağını bəyan edir. Xüsusilə Rusiyaya bağlı iş adamı Samvel Karapetyan və keçmiş "Qarabağ klanı"na yaxın şəxslərin hakimiyyətə gəlməsinin ölkə üçün arzuolunmaz nəticələrə səbəb olacağı vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31